Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Allahla rabitə

Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan bəhrələnməkdən, ruhu paklamaqdan və beyni şübhələrdən təmizləməkdən ibarətdir.

İnsanın Allahla rabitəsi və ona arxalanması
Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!” (Nəsr surəsi, 1-3) Yəni bu sənin tövbənin başlanğıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə edən zaman da duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.

İnsanın lütf mənbəyi ilə rabitəsi
Dua elm və qüdrət mənbəyi ilə möminin, çarəsizin vasitəsi, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və zatən ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda başını itirmiş və aciz durumda qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!” (Furqan surəsi, 77)

Yaxınlaşmaq və ünsiyyət
Allahı özünə yaxın hiss etmək
Dua nədir? Əslində Allahı özünə yaxın hiss etmək və Ona ürək sözünü demək.

Allahın yaxın olduğunu və baxdığını bilmək, Onu öz qarşında hiss etmək
Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Onu öz qarşınızda hiss edəsiniz, sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla” - lakin qəbində istək halının olmaması dua deyil, dil vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz” (Əl-Kafi, c. 2, səh. 473; Hədis Əmirəl-möminindəndir (ə).). Qafil və diqqətsiz bir qəlblə dua edilsə, Allah-Taala duanı qəbul etməz. Bulaşıq ürəklər, nəfs istəkləri və ehtiraslarda qərq olmuş qafil insan necə dua edəcək? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!

Allaha yaxınlaşmaq
Dua etmək özü Allaha yaxınlaşmaqdır.

Allahla ünsiyyət
Bəzən də dua hacət diləmək deyil, yalnız Allahla bir ünsiyyətdir.

Rəblə danışmaq
Allah-Taala ilə danışmaq, ürək sözünü Ona demək
Dua nə deməkdir? Yəni Allah-Taala ilə danışmaq, əslində Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona demək.
Rəbb ilə danışmağın, Ona yalvarışın, Ondan üzr istəməyin, tövbə qılmağın və bağışlanma diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir.
Allahla nə danışmaq istəsəniz, bu, duadır. Ona nə demək istəyirsinizsə, bu, duadır; istədiyiniz dildə, öz ana dilinizdə ola bilər.
Bu duaları bizim ixtiyarımızda qoyub, Allahla danışmaq və minacat tərzini öyrətmişlər, Allaha hansı sözləri deməyin mümkünlüyünü anlatmışlar. İmamlardan nəql olunmuş dualarda elə cümlələr var ki, əgər onlar olmasaydı, insan özü Allaha bu sözləri deməyin, Allahdan belə istəməyin və yalvarmağın mümkünlüyünü təyin edə bilməzdi.
Allah-Taala ilə danışın, minacat edin!

Allahı çağırmaq
Dua Allahı çağırmaqdır. Bu bütün dillərdə, ana dilində də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun.
İstəmək, Allahı çağırmaq duadır.

Ayətullah Seyid Əli Xamenei


1234 بازدید
در حال ارسال اطلاعات...