Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2015

Qurani-Kərim barəsində maraqlı suallar

Sual: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?
Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə “Bismillah”-ı ilə dörd ayəsi olan “Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan “Bəqərə” surəsidir.

Sual: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır?
Cavab: Birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə “Maidə” surəsinin 3-cü ayəsidir.

Sual: Quranın ən əzəmətli ayəsi hansıdır?
Cavab: Quranın ən əzəmətli ayəsi “Bismillahir-rəhmanir-rəhim”dir.

Sual: Quranın ən ali ayəsi hansıdır?
Cavab: Quranın ən ali ayəsi “Ayətəl-Kürsi”dir.

Sual: Quranın ən uzun ayəsi hansıdır?
Cavab: Quranın ən uzun ayəsi “Bəqərə” surəsinin 282-ci ayəsidir.

Sual: Allah taalanın hansı adı Quranın surələri qədər (114 dəfə) bu ilahi kitabda istifadə olunub?
Cavab: Allah taalanın “Rəhim” adı Qurani-Kərimdə 114 dəfə təkrar olunub.

Sual: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?
Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Sual: Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?
Cavab: Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.

Sual: Allah tərəfindən yer üzünə neçə kitab gəlib?
Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-Kərim nazil olmuşdur.

Sual: Neçə peyğəmbərin adı Quranda çəkilib?
Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18 dəfə, Nuh–43 dəfə, İdris–2 dəfə, Hud–10 dəfə, Saleh–9 dəfə, İbrahim–69 dəfə, Lut–27 dəfə, İsmail–11 dəfə, Əlyəsə–2 dəfə, Zul-kəfl–2 dəfə, İlyas–2 dəfə, Yunis–4 dəfə, İshaq–17 dəfə, Yəqub–16 dəfə, Yusif–27 dəfə, Şüəyb–11 dəfə, Musa–163 dəfə, Harun–20 dəfə, Davud–16 dəfə, Süleyman–17 dəfə, Əyyub–4 dəfə, Zəkəriyya–7 dəfə, Yəhya–5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa–26 dəfə və Həzrət Məhəmmədin (s) mübarək adı 4 dəfə Məhəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri “ulul-əzm”, yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Məhəmməd ibni Əbdillahdır (s).

Sual: Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?
Cavab: “Hud”, “Yusif”, “Yunis”, “İbrahim”, “Loğman”, “Nuh”, “Muhəmməd” surələridir.

Sual: Hansı surələr heyvanların adı ilə adlanıb?
Cavab: “İnək” (Bəqərə), “Qarışqa” (Nəml), “Hörümçək” (Ənkəbut), “Fil” “Arı” (Nəhl) surələridir.

Sual: Hansı surələr qiyamətin adı ilə adlanıb?
Cavab: “Rəd”, “Həşr”, “Casiyə”, “Vaqiə”, “Qiyamət”, “Təğabun”, “Nəbə”, “Qariə” və “Zilzal” surələridir.

Sual: Hansı surələrdə vacib səcdələr var?
Cavab: Quranın dörd surəsində vacib səcdə vardır: 1-”Ən-Nəcm” (53-cü Surə); 2-”İqrə” (96-cı Surə); 3-”Əlif-Lam-Mim Tənzil” (32-ci Surə); 4-”Ha-Mim Səcdə” (41-ci Surə). Bu surələr əzaim adı ilə məhşurdur.


1923 بازدید
در حال ارسال اطلاعات...