Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Ən yaxşı ibadət

Hədisdə göstərilir ki, ən fəzilətli ibadət duadır. (Əl-Kafi, c. 2, səh. 466; hədis İmam Baqirdən (ə) nəql olunmuşdur.)
Hər bir ibadətin məğzi duadır. İbadətlər insanı Allah-Taala qarşısında təzimə, onun ürəyini müti və təslimçi olmağa sövq etmək üçündür. İbadətin məğzi duadır.
“Dua ibadətin məğzidir”. Allah qarşısında olan bu itaət və kiçilmə insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzimi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir. Buna görə, dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir.
Dua barəsində sözün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”. ("Vəsail əş-şiə", c. 7, səh. 27; hədis həzrət Peyğəmbərdəndir (s).) Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" ayəsinin davamında buyurur: "Mənə ibadət etməyi təkəbbürlərinə (özlərinə) sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!" (Qafir surəsi, 60). Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü yalançı qürurdan xilas etsin. Duanın əsası Rəbb yanında kiçilməkdir. Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər öz ölkənizdə, istər bütün dünyada kiminsə tərəfindən müəyyən şəkildə pislik və fəsad görsəniz, diqqətlə baxdıqda müşahidə edəcəksiniz ki, o pisliyin və fəsadın əsası və qaynağı mənəm-mənəmlik, təkəbbür, hegemonluq və insani qürurdur. Dua bunu sındırmalıdır.

Yalvarış

Rəbb ilə danışmağın özü, yalvarmağın özü, Allahla danışmağın, Allah-Taaladan üzr istəməyin, tövbə etməyin və bağışlanmaq diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir. İnsanın Rəbb qarşısında dayanıb göz yaşı axıtması, kiçiklik və həqarət bildirməsi onun üçün bir məqam ucalığıdır. Bəşər Allah-Taala qarşısında yalvarmaqla yüksəlir və zirvəyə qalxır. İnsanın bədbəxtliyi Allah-Taaladan xəbərsiz olduğu zaman başlayır. İnsanın rəzilliyi özünü Allaha ehtiyaclı bilmədiyi zaman başlayır.

Ayətullah Seyid Əli Xamenei


62 بازدید
در حال ارسال اطلاعات...