Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Ayətullah Ənsari Şirazi haqqın dəvətinə ləbbəyk dedi...

Qum Elm Hövzəsinin Şeyxul-İşraq və Qudvətul-mutəəllihini ilə tanışlıq

Ötən gün Qum Elm Hövzəsinin böyük alimi, Şeyxul-İşraq və Qudvətul-mutəəllihin adlanan Ayətullah Ənsari Şirazi haqqın dəvətini qəbul edərək, gözlərini dünyaya qapadı. Şeyxul-İşraq Ayətullah-üzma Bürucerdinin vəfatından sonra İmam-Xomeyninin (r) mərceiyyətini təsdiqləmiş 12 alimdən biri idi. Bu hadisə şəmsi 1342-ci ildə baş vermişdi. Fars informasiya agentliyinin ayin və əndişə bölməsi oxucuları Şeyxul-İşraqla tanış edir.
Ayətullah Şeyx Yəhya Ənsari Şirazi Qum Elm Hövzəsinin böyük fəlsəfə və irfan ustadlarından idi. Alim ötən gün 87 yaşında dünyasını dəyişdi. Qum Elm Hövzəsinin bəzi ustadları onun fəlsəfə elmində məharətlərini nəzərə alaraq onu Şeyxul-İşraq adlandırıblar.
Şeyx Yəhya Ənsari Şirazi şəmsi 1306-cı ildə (87 il öncə ) Fars ustanında, Darab rayonunun Nəvayqan kəndində dünyaya gəlib. Alimin böyük Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsariyə nəsil bağlılığı var.
Ayətullah Ənsari Şirazi 30 il Əllamə Təbatəbaidən ümumi və xüsusi dərs alıb. Şeyxul-İşraq İmam Xomeyninin (r) etimad göstərdiyi tələbələrdən idi. Ayətullah Ənsarinin şagirdi Məhəmməd Mehdi Mühəndisi hövzə alimləri ilə görüşdə deyib: “İmam Rahilin (r) cənab Ənsariyə xüsusi məhəbbəti vardı. İmam (r) buyurmuşdu ki, əgər cənab Ənsari şəriət işlərində vəkillik və bu kimi məsuliyyətlər üçün kimisə təsdiqləsə mənə bəs edir və başqasının təsdiqinə ehtiyac yoxdur. Hansı ki, İmam Rahil (r) şəriət işlərində vəkillik üçün həmin şəxsin iki alim tərəfindən təsdiqini istəyərdi. Mərhum Mühəndisi Ayətullah Seyid Abbas Kaşaninin sözlərini yada salır: “Mərhum Ayətullah Kaşani Ayətullah Tahir Şəms Qolpayiqanidən (o da İmam Xomeynidən) nəql edir ki, nə qədər ki, cənab Ənsari var, bu ölkəyə zərbə dəyməz.”
Mərhum Mühəndisi əlavə edir: Belə bir cümlə Ayətullah-üzma Behcətin də dilindən eşidilib: “Nə qədər ki, cənab Ənsarimiz var, çətinliyimiz yoxdur.”
Ayətullah Mühəndisi deyib: Ayətullah Ənsari Şirazinin əsas xüsusiyyətlərindən biri onun həqiqi zahidliyi, dünyaya rəğbətsizliyi idi. Onun evini alıb, bu evin kənarındakı mədrəsəyə əlavə etmək istədilər. Əvəzində ona təzə ev almaq istəyirdilər. Cənab Ənsari buyurdu: “Eybi yoxdur, amma mənə öz evim səviyyəsində ev alın. Ətrafımdakı insanlar yoxsul yaşadığı zaman təzə evdə qala bilmərə