Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Ayətullah Ənsari Şirazi haqqın dəvətinə ləbbəyk dedi...

Qum Elm Hövzəsinin Şeyxul-İşraq və Qudvətul-mutəəllihini ilə tanışlıq

Ötən gün Qum Elm Hövzəsinin böyük alimi, Şeyxul-İşraq və Qudvətul-mutəəllihin adlanan Ayətullah Ənsari Şirazi haqqın dəvətini qəbul edərək, gözlərini dünyaya qapadı. Şeyxul-İşraq Ayətullah-üzma Bürucerdinin vəfatından sonra İmam-Xomeyninin (r) mərceiyyətini təsdiqləmiş 12 alimdən biri idi. Bu hadisə şəmsi 1342-ci ildə baş vermişdi. Fars informasiya agentliyinin ayin və əndişə bölməsi oxucuları Şeyxul-İşraqla tanış edir.
Ayətullah Şeyx Yəhya Ənsari Şirazi Qum Elm Hövzəsinin böyük fəlsəfə və irfan ustadlarından idi. Alim ötən gün 87 yaşında dünyasını dəyişdi. Qum Elm Hövzəsinin bəzi ustadları onun fəlsəfə elmində məharətlərini nəzərə alaraq onu Şeyxul-İşraq adlandırıblar.
Şeyx Yəhya Ənsari Şirazi şəmsi 1306-cı ildə (87 il öncə ) Fars ustanında, Darab rayonunun Nəvayqan kəndində dünyaya gəlib. Alimin böyük Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsariyə nəsil bağlılığı var.
Ayətullah Ənsari Şirazi 30 il Əllamə Təbatəbaidən ümumi və xüsusi dərs alıb. Şeyxul-İşraq İmam Xomeyninin (r) etimad göstərdiyi tələbələrdən idi. Ayətullah Ənsarinin şagirdi Məhəmməd Mehdi Mühəndisi hövzə alimləri ilə görüşdə deyib: “İmam Rahilin (r) cənab Ənsariyə xüsusi məhəbbəti vardı. İmam (r) buyurmuşdu ki, əgər cənab Ənsari şəriət işlərində vəkillik və bu kimi məsuliyyətlər üçün kimisə təsdiqləsə mənə bəs edir və başqasının təsdiqinə ehtiyac yoxdur. Hansı ki, İmam Rahil (r) şəriət işlərində vəkillik üçün həmin şəxsin iki alim tərəfindən təsdiqini istəyərdi. Mərhum Mühəndisi Ayətullah Seyid Abbas Kaşaninin sözlərini yada salır: “Mərhum Ayətullah Kaşani Ayətullah Tahir Şəms Qolpayiqanidən (o da İmam Xomeynidən) nəql edir ki, nə qədər ki, cənab Ənsari var, bu ölkəyə zərbə dəyməz.”
Mərhum Mühəndisi əlavə edir: Belə bir cümlə Ayətullah-üzma Behcətin də dilindən eşidilib: “Nə qədər ki, cənab Ənsarimiz var, çətinliyimiz yoxdur.”
Ayətullah Mühəndisi deyib: Ayətullah Ənsari Şirazinin əsas xüsusiyyətlərindən biri onun həqiqi zahidliyi, dünyaya rəğbətsizliyi idi. Onun evini alıb, bu evin kənarındakı mədrəsəyə əlavə etmək istədilər. Əvəzində ona təzə ev almaq istəyirdilər. Cənab Ənsari buyurdu: “Eybi yoxdur, amma mənə öz evim səviyyəsində ev alın. Ətrafımdakı insanlar yoxsul yaşadığı zaman təzə evdə qala bilmərəm!”
Ayətullah Ənsarinin əsərləri arasında 4 cildlik Şərhi Mənzumə əsərinin xüsusi yeri var. Bu kitabın iki cildi onun dərsləri əsasında hazırlanmışdır.
Ayətullah Ənsarinin bioqrafiyasında zalım şah rejimi ilə mübarizə, SAVAK həbsxanalarında məhbusluq həyatı da var. O 3 il Loristan və İsfahanın Nain məntəqəsində sürgündə olub.
Bu böyük ustad şəmsi 1342-ci ildə İmam Xomeyninin (r) mərceiyyətini təsdiq edən 12 nəfərdən biridir. Bu hadisə Ayətullah-üzma Bürucerdinin vəfatından sonra baş verib. Qum alimlərindən bir qrupu məhz fəlsəfə məharətlərini nəzərə alaraq onu Şeyxul-İşraq adlandırıblar. 1390-cı ildə Cənab Rəhbər Ayətullah Xamenei Ayətullah Ənsari Şiraziyə baş çəkib, ona dürr üzük bağışlayıb.
İslam Fəlsəfəsi Ali Assambleyasının idarə heyəti 1389-cu ildə Ayətullah Ənsari Şirazinin görüşünə gələrək onun adına mərasim keçirmək üçün icazə istəyiblər. Ayətullah Mühəndisi, Ayətullah Fəyyazi, höccətül-islam vəl-müslimin Həsən Müəllimi bu heyətdə olub. Cənab Müəllimi mərasimin proqramı barədə məlumat verərkən Ayətullah Ənsari ağlamağa başlayıb və görüşün atmosferi tam dəyişib. Beləcə, İslam Fəlsəfəsi Assambleyası Ayətullah Ənsari üçün yubiley tədbiri keçirib. Ustadın təqdir lövhəsinin mətnini Ayətullah Cəvadi Amuli yazıb, Ayətullah Sübhani və Misbah Yəzdi imzalayıb.
Mətndə deyilir:
1. Allah-Taala Rəbbani alimləri mələklərlə bir sırada qərar verib və buyurub: “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.” (Ali-İmran, 18)
2. Həzrət Peyğəmbər (s) İslam təlimlərini möhkəm ayələr, vacib əmrlər və sünnələrə bölüb. Bir qrup insanlar elm mədəni olaraq bu bilikləri sərmayə şəklində elmi mərkəzlərin ixtiyarına verir.
3. Həzrət Əmirəlmöminin (ə) ilahi insanların qəlbini faydalı elmlər guşəsi kimi tanıtdırır. Ən yaxşı qəlb bu elmlə ən çox dolu olan qəlbdir.
İran İslam Cümhuriyyətinin bərəkəti sayəsində İmam Xomeyni (r) və Əllamə Təbatəbainin dəyərli şagirdlərindən olan Qudvətul-mutəəllihin Ayətullah Yəhya Ənsari Şirazi bu məclisin çox dəyərli səbəbkarıdır. Ona təşəkkürümüzü bildirir və İmam Mehdinin (ə.c) zühuruna qədər tutduğu yolu davam etdirməsini arzulayırıq.

Vilayət.nur-az.com


1162 بازدید
در حال ارسال اطلاعات...