Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

İslamçıların həbsindən 4 il ötdü

Düz 4 il bundan öncə - yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olundu. Partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev də saxlanıldı.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası verdi. Bundan sonra aparılan əməliyyatlarla daha bir neçə nəfər həbs edildi.

9 ay sonra - 7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxundu. Hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzası verdi. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxundu.

İslamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib.

Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də, digəriləri hələ də həbsxanadadır./faktxeber/


1577 بازدید
در حال ارسال اطلاعات...