Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2015

İslamçıların həbsindən 4 il ötdü

Düz 4 il bundan öncə - yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olundu. Partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev də saxlanıldı.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası verdi. Bundan sonra aparılan əməliyyatlarla daha bir neçə nəfər həbs edildi.

9 ay sonra - 7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxundu. Hakim Eldar İsmayılov