Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Duanı ərşə qaldıran amin

Bir nəfər ailəsi ilə birlikdə dəniz səyahətinə çıxmışdı. Dənizin ortasında güclü tufan baş verir. Gəmi parça-parça olur və bütün sərnişinlər suda batır. Yalnız kişinin həyat yoldaşı bir taxtadan möhkəm yapışıb sahilə çıxa bilir.

Həmin sahildə azğın və günahkar bir cavan yaşayırdı. Qadını görüb sevincək ona tərəf gedir və soruşur:
-Sən cinsən ya insan?
-Qadın deyir:
-Mən insanam.
Azğın cavan xəyanət məqsədi ilə o qadına yaxınlaşır.

Görür ki, qadın həyəcan və qorxudan əsir. Soruşur:
-Niyə həyəcanlısan?
Qadın səmaya işarə ilə deyir:
-Allahımdan qorxuram.
-İndiyə kimi belə bir günaha düçar olmusan?
-Xeyr, Allaha and olsun ki, indiyə kimi belə bir günah etməmişəm.
-Sən ki heç vaxt belə bir günah etməmisən, nə üçün Allahdan qorxursan! Hazırda bu işi görüb görməmək sənin ixtiyarında deyil, mən səni buna məcbur edirəm. Elə isə mən qorxmalıyam.
Gənc bu sözləri deyib ayağa qalxdı. Əməlindən peşman olub tövbə etdi. Qadını azad edib öz evinə tərəf yola düşdü. Yolda bir rahiblə rastlaşıb onunla yoldaş oldu. Birlikdə bir az yol getdilər. Havanın istiliyi onlara çox əziyyət verirdi.

Rahib o cavana deyir:
-Dua et ki, Allah bulud göndərsin və bir az kölgə olsun.
Cavan dedi:
-Mən Allah dərgahında xəcalətliyəm. Bundan da əlavə xeyir iş görməmişəm, əksinə günah içində boğuluram.
-Onda mən dua edirəm, sən də amin de.
Belə də etdilər. Bir müddət sonra səmada buludlar göründü.

Bir az getdikdən sonra iki yol ayrıcına çatdılar. Orada vidalaşaraq ayrıldılar. Cavan bir yolla, rahib də o biri yolla gedirdi. Birdən rahib başa düşdü ki, buludlar cavanın başı üzəri ilə gedir. Tez özünü cavana çatdırıb dedi:
-Sən məndən üstünsən, ona görə ki, mənim duam sənin amininlə qəbul olub. De görüm nə iş görmüsən ki, belə kəramət sahibi olmusan?

Cavan başına gələn hadisəni ona danışdı. Rahib dedi:
-Allah qorxusundan günahdan uzaqlaşdığın üçün Allah bütün keçmiş günahlarını da bağışlayıb. Çalış ki, bundan sonra yaxşı olasan.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1368 بازدید
در حال ارسال اطلاعات...