Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Duanı ərşə qaldıran amin

Bir nəfər ailəsi ilə birlikdə dəniz səyahətinə çıxmışdı. Dənizin ortasında güclü tufan baş verir. Gəmi parça-parça olur və bütün sərnişinlər suda batır. Yalnız kişinin həyat yoldaşı bir taxtadan möhkəm yapışıb sahilə çıxa bilir.

Həmin sahildə azğın və günahkar bir cavan yaşayırdı. Qadını görüb sevincək ona tərəf gedir və soruşur:
-Sən cinsən ya insan?
-Qadın deyir:
-Mən insanam.
Azğın cavan xəyanət məqsədi ilə o qadına yaxınlaşır.

Görür ki, qadın həyəcan və qorxudan əsir. Soruşur:
-Niyə həyəcanlısan?
Qadın səmaya işarə ilə deyir:
-Allahımdan qorxuram.
-İndiyə kimi belə bir günaha düçar olmusan?
-Xeyr, Allaha and olsun ki, indiyə kimi belə bir günah etməmişəm.
-Sən ki heç vaxt belə bir günah etməmisən, nə üçün Allahdan qorxursan! Hazırda bu