Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

ABŞ-ın nəzərində azadlıq

Bu gün dünyada eşitdiyimiz, Amerikanın bayraqdarı olduğu azadlıq, həm məna, həm real nümunə baxımından mənim və sizin inandığımız və sevdiyimiz azadlıqdan tamamilə fərqlənir; o, başqa bir şeydir. İki yüz il bundan qabaq Amerikanın İstiqlal Bəyannaməsində göstərilən, onun üçün vuruşduqları, mübarizə apardıqları, insan tələfatı verdikləri, sonra da qəbul edilib, indiki Amerika quruluşunu vücuda gətirən azadlıq, mənim və sizin istədiyimiz, can atdığımız dəyər deyil. O azadlığın mənası budur ki, insan öz həyatının əxlaqi, iqtisadi, ictimai, siyasi və digər məsələlərində qanundan başqa heç bir mədəniyyət tanımasın. Qanunu da bu imkanlara malik olan adamlar yazırlar. Yəni qanunu Amerikanın birinci dərəcəli sahibkarları yazırlar, xalq yox.
Azad və hətta Amerikasayağı azad bir cəmiyyətdə ədalət olmasa, (oralarda onsuz da yoxdur və həmin azadlıq bir təbəqənin xeyrinə və başqa bir təbəqənin əleyhinədir) bir neçə ağdərili bir əlil qaradərilini vilçerdən qaldırıb, avtomobillərinin arxasına bağlayır, yerlə sürüyürlər. Budurmu azadlıq?
Bu gün Amerikada görürsünüz ki, hüquq və azadlıq iddiasında olan ölkə başçısı, Hitler ədəbiyyatı ilə danışır. Məgər belə deyil? Bu, Qərbin liberal-demokratiyasının rüsvayçılığı deməkdir. Qərbin liberal-demokratiyasının aldadıcı pərdə arxasında belə bir mahiyyəti var.
Amerika başçılarının öz rəsmi çıxışlarında danışdıqları sözlərə, insan haqları, demokratiya və azadlığın inkişafı iddialarına dünyada inanan yoxdur. Bunlar öz təsirini itirmiş şüarlardır. Onlar tribunalarda azad müzakirədən, dialoqdan və demokratiyadan danışırlar, amma bu, yalançı şüardır. Onlar dialoq, demokratiya və azad müzakirə tərəfdarı olmaqdan dəm vururlar. İran daxilində plüralizmi, skeptikliyi, qəti etiqadi məsələlərdə şübhələri, sazişi və loyallığı yayırlar. Deyirlər əqidələrinizi buraxın, onlara qarşı həssas olmayın. Lakin bu, İran cəmiyyətinin və müsəlman cəmiyyətlərinin daxilinə aiddir. Özlərinin Amerika və Qərb dəyərləri dedikləri məqamlara çatdıqda isə, daha dialoqa yer qalmır. İnteqrasiya və qloballaşma o dərəcədə qətiyyətlə ortaya qoyulur ki, dünya onun qarşısında ən kiçik etiraz belə sərgiləyə bilməz. Burada artıq özlərinə diktatura siması alırlar. Demokratiya və azadlıqsevərlik şüarları aşkar yalandır. Dünya xalqlarına azadlıq hədiyyə etmək istəyən hansı Amerikadır?! Öz maraqlarını qorumaq üçün xalqları ən faciəli vəziyyətdə bədbəxtliyə sövq edən Amerikamı?! O Amerika ki, Vyetnam, Əfqanıstan və İraqda törətdiyi cinayətlər unudulmayıb və unudulmayacaq. O, burada demokratiya bayrağı ilə qarşıya çıxır, amma növbə Fələstin xalqına çatanda demokratiyadan bir xəbər olmur. Fələstin xalqı insan deyil?!
Biz illər öncə bir cümlə eşidirdik, onu təkrarlayırdılar. O cümlə bu idi: “Ey Azadlıq, sənin adınla baş verməyən cinayət varmı?!”. Bu gün bizim düşmənlərimiz həmin cümləni bir daha reallığa çevirirlər. İndi Amerika bizim söz azadlığımızın tərəfdarı olub. Məgər bu məmləkətdə uzun illər boyu muzdur və çirkin Pəhləvi rejimini dəstəkləyən siz deyildiz?! Halbuki o rejimdə heç kimin bir kəlmə söz deməyə cürəti yox idi.
Bu gün dünyada Amerikanın himayəsi altında yaşayan ölkələr və azadlıqdan danışan cənablar var. Halbuki bu ölkələrdə hökumətin fikrinin ziddinə bir sətir yazmağa kimsənin icazəsi yoxdur. Təhlükəsizlik orqanları toplantılarda və cümə namazlarında minbər üzərində oxumaq üçün xətiblərə hazır mətn verirlər. Əgər siz azadlıq tərəfdarısınızsa, bunları niyə demirsiz? İran xalqı bu azadlığı əldə edib. İnqilab bizə azadlıq, söz demək qüdrəti və cəsarət verdi. İslam bizi azad etdi. İndi amerikalılar azadlıq şüarının tərəfdarı olublar və azadlıq adı ilə xalq arasında çəkişmə yaratmaq istəyirlər.
Bütün bunlar azadlıq adı altında baş verir. Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq bütün xalqa məxsusdur, onun fitri hisslərindəndir. Amma yuxarıda yada salınan işlərin azadlıq məsələsinə aidiyyəti yoxdur; bunlar düşmən planının bir hissəsidir.

Ayətullah Seyid Əli Xamenei


977 بازدید
در حال ارسال اطلاعات...