Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

İslam Peyğəmbərinin (s) mövludu

Haqqında bəhs etdiyimiz şəxsiyyət dünya tarixində ən böyük iz buraxıb getmiş insandır. Onun haqqında nə qədər danışsaq da mübarək həyatının saysız fəzilətlərini tam göstərə bilmərik. Yalnız onu deyə bilərik ki, o, bəşəriyyətin ən xeyirlisi, ən fəzilətlisi, Allahu-Taalanın sevimlisi, peyğəmbərlərin sonuncusu- “Xətamül-ənbiya”, böyük Yaradanın insanlığa son və ən böyük rəhməti, aləmlərin Mustafası- Həzrət Məhəmməd ibn Abdullahdır (s). İslam dünyası bu gün o Həzrətin (s) mövludunu qeyd edir. Onun bütün əməlləri gözəl idi. O, həm də əxlaqında hər kəsə nümunə idi. Quranın da əmr etdiyi də məhz onu nümunə götürmək idi. Həmd olsun Allaha, salam olsun Məhəmməd Mustafaya! Onun gətirdiyi din əslində bəşəriyyətin xilası idi, insanlığı alovdan çıxaran tutunacaq idi. Rəsulullah doğulduğu gündən vəfatına qədər yaşadığı hər saniyədə insanın nə qədər ali bir varlıq olduğunu və nələrə qadir olduğunu təsdiqləmişdir. Onun mübarək ömür yolunu göz önündən keçirərkən, önümüzdə sözlərə, kəlmələrə sığmayan mənzərə canlanır. O, nələrə dözməmişdi? Döyülmüşdü, söyülmüşdü, vətənindən qovulmuşdu, övladlarını, həyat yoldaşını, əziz əmisini itirmişdi, heç öz Rəbbinə dönün çıxmışdımı? O, öz Rəbbi üçün nələrə qatlaşmamışdı?! Əbül Qasımın (s) doğulması ilə məcusilərin alovu söndü, müşriklərin bütləri yıxıldı. Bəli, küfrün, batilpərəstliyin sonuna çıxacaq olan Məhəmməd (s) doğulmuşdu! Allahın pak bəndəsi olan o Həzrət bu gün 1,5 milyardın rəsuludur, o Allahın rəsuludur! Allahın kitab verdiyi, şəfaət nəsib etdiyi sonuncu peyğəmbər – Həzrət Məhəmməd! Bu gün həmçinin Peyğəmbər (s) övladı İmam Cəfər Sadiqini (ə) də mövlud günüdür. Bu gün münasibətilə bütün müsəlmanları təbrik edir, onlara Allah elçisinin sünnəsinə əməl etməyi və axirətdə o məsumdan şəfaətə layiq görülməyi diləyirik! Allahın səlatu salamı olsun elçisi Muhammədə, onun Əhli-beytinə, sadiq səhabələrinə və yolunu izləyənlərə!


72 بازدید
در حال ارسال اطلاعات...