Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2015

Bu gün İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlududur

Haqqında bəhs etdiyimiz şəxsiyyət dünya tarixində ən böyük iz buraxıb getmiş insandır. Onun haqqında nə qədər danışsaq da mübarək həyatının saysız fəzilətlərini tam göstərə bilmərik. Yalnız onu deyə bilərik ki, o, bəşəriyyətin ən xeyirlisi, ən fəzilətlisi, Allahu-Taalanın sevimlisi, peyğəmbərlərin sonuncusu- “Xətamül-ənbiya”, böyük Yaradanın insanlığa son və ən böyük rəhməti, aləmlərin Mustafası- Həzrət Məhəmməd ibn Abdullahdır (s). İslam dünyası bu gün o Həzrətin (s) mövludunu qeyd edir. Onun bütün əməlləri gözəl idi. O, həm də əxlaqında hər kəsə nümunə idi. Quranın da əmr etdiyi də məhz onu nümunə götürmək idi. Həmd olsun Allaha, salam olsun Məhəmməd Mustafaya! Onun gətirdiyi din əslində bəşəriyyətin xilası idi