Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

İmam Sadiqin (ə) dilindən müvəffəqiyyətin 25 yolu

Allahın adı ilə!

1) Behişti axtardım nəhayət onu, bağışlamaq və alicənablıqda tapdım;
2) Və sağlamlığı və doğruçuluğu axtardım nəhayət onu, (özünü islah etmək üçün müsbət) kənara çəkilməkdə tapdım;
3) Və (yaxşı) əməllərin ağır gəlməsi yolnu axtardım nəhayət onu, Allah-Taalanın yeganəliyinə və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verməkdə tapdım;
4) Və Behiştə sürətlə daxil olmaq yolunu axtardım nəhayət onu, bütün əməllərin xalis Allaha xatir görülməsində tapdım;
5) Və ölümü gülərüzlə qarşılamaq yolunu axtardım nəhayət onu, Allah razılığına görə əvvəlcədən Axirətə sərvət yollamaqda (ölməzdən əvvəl, infaq-ehsan etməkdə) tapdım;
6) İbadətin şirinlik yolunu axtardım nəhayət onu, günahın tərk olunmasında tapdım;
7) Qəlbin yumşalması yolunu axtardım nəhayət onu, orucluq vasitəsi ilə aclıq və susuzluqda tapdım;
8) Qəlbin nurani olmasını axtardım nəhayət onu, təfəkkür edib (Allah qorxusundan) ağlamaqda tapdım;
9) Siratın köprüsündən asanlıqla keçmək yolunu axtardım nəhayət onu, sədəqə verməkdə tapdım;
10) Çöhrənin nurani olması yolunu axtardım nəhayət onu, gecə namazında tapdım;
11) Cihadın fəzilətini axtardım nəhayət onu, ailə-uşağın xərcı üçün ruzinin qazanmasında tapdım;
12) Allahla dost olmağın yolunu axtardım nəhayət onu, günahkarlarla düşmən olmaqda tapdım;
13) Sevimli və ehtiramlı olmaq yolunu axtardım nəhayət onu, Allah bəndələrinə xidmət və xeyirxahlıq etməkdə tapdım;
14) Qəlbin sakitliyinin yolunu axtardım nəhayət onu, sərvətin azlığında tapdım;
15) Ən dəyərli işləri axtardım nəhayət onu, dözümlü olmaqda tapdım;
16) Dəyər və qədr-qiymətin yolunu axtardım nəhayət onu, bilikdə tapdım;
17) İbadəti axtardım nəhayət onu, pərhizkarlıqda tapdım;
18) Aramlığı axtardım nəhayət onu, səbrli olmaqda tapdım;
19) Üstünlük və dahilik yolunu axtardım nəhayət onu, təvazökarlıqda tapdım;
20) İzzət və dəyərlilik yolnunu axtardım nəhayət onu, doğruluq və düzgünlükdə tapdım;
21) Mülayimlik və bəndəçilik yolunu axtardım nəhayət onu, orucluqda tapdım;
22) Qüdrətli və dövlətli olmaq yolunu axtardım nəhayət onu, qənaətdə tapdım;
23) Sakitçilik və həmdəm olmaq yolunu axtardım nəhayət onu, Quran oxumaqda tapdım;
24) Camaatla bir olub, onlarla dil tapmaq yolunu axtardım nəhayət onu, xoşxasiyyətli olmaqda tapdım;
25) Allah razılığını axtardım nəhayət onu, ata-anaya yaxşılıqda tapdım;
(Mənbə; Müstədrəkül-Vəsail; c.12; səh:173-174; h.13810)


1449 بازدید
در حال ارسال اطلاعات...