Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

İslam və Qərb azadlıqlarının fərqləri

Mən burada İslam məntiqindəki azadlığın Qərb məntiqindəki azadlıqla iki-üç ümdə fərqini deyəcəyəm. Əlbəttə, dedim ki, bu məktəbdə mövcud olan bütün nəzəriyyələrin və müxtəlif cərəyanların əsası liberalizmdir. Bu nəzəriyyə və cərəyanlar bəzi sahələrdə digərləri ilə müəyyən ziddiyyətlər təşkil etsə də, məcmusu bunlardır.
Qərb liberal məktəbində insan azadlıqlarında din və Allah adlı həqiqətlərə yer yoxdur. Onlar azadlığın Allah tərəfindən verildiyini düşünmürlər. Onlar demirlər ki, azadlığı insana Allah verib, bunun üçün fəlsəfi qaynaq axtarırlar. Bu haqda bəzi əsaslar göstərilmiş və müxtəlif izahlar verilmişdir.
İslama görə, azadlıq ilahi qaynağa malikdir. Bunun özü əsaslı bir fərqdir və digər fərqlərin çoxu məhz buna qayıdır. İslam məntiqinə görə, azadlıq əleyhinə hərəkət ilahi hökm əleyhinə hərəkətdir. Yəni qarşı tərəfdə dini vəzifə yaradır. Lakin Qərbdə belə bir şey yoxdur. Qərbin liberalizm təfəkkürünə görə, dünyada azadlıq üçün aparılan ictimai mübarizələrin heç bir məntiqi yoxdur. Məsələn, deyilən sözlərdən biri “ümumi mənafe”, yaxud “əksəriyyətin mənafeyi” məsələsidir. Bu, ictimai azadlığın əsasıdır. Mən nə üçün gedib əksəriyyətin mənafeyi üçün ölməliyəm, məhv olmalıyam? Bu məntiqsizdir. Düzdür, ötəri və ani həyəcanlar çoxlarını döyüş meydanlarına çəkir, amma belə təfəkkürlər əsasında meydana atılan mübarizlərin hər biri - əgər mübarizə doğrudan da bu təfəkkürlərə əsasən baş veribsə - mübarizə gərginliyindən çıxan kimi tərəddüd edəcəklər: Nə üçün mən gedib ölməliyəm? İslam təfəkküründə isə belə deyil. Azadlıq uğrunda mübarizə bir şəriət vəzifəsidir. Çünki Allah əmri üçün mübarizədir. Məsələn, siz bir insanın canına qəsd edildiyini gördükdə, gedib ona kömək etməyə borclusunuz. Bu, bir dini vəzifədir; etməsəniz, günah işlətmiş olursunuz. Azadlıq məsələsində də belədir; getməlisiniz, bir şəriət vəzifəsidir.
Bu əsaslı fərqə digər fərqlər də əlavə olur. Biri budur ki, Qərb liberalizmində əxlaqi dəyərlər nisbi olduğundan azadlıq da hüdudsuzdur. Niyə? Siz bir sıra əxlaqi dəyərlərə etiqad bəslədiyinizə görə, bu dəyərlərə qarşı hörmətsizlik edəni qınaya bilməzsiniz. Çünki onun bu dəyərlərə etiqadı olmaya bilər. Buna əsasən, azadlıq üçün heç bir hədd tanınmır, yəni mənəvi və əxlaqi baxımdan heç bir hədd yoxdur, azadlıq sərhədsizdir. Niyə? Çünki sabit həqiqət yoxdur; onlara görə, həqiqət və əxlaqi dəyərlər nisbidir.
Azadlıq İslamda belə deyil. İslamda şəksiz və dəyişməz dəyərlər var, həqiqət var. Hərəkət bu dəyər və kamal olan, dəyər yaradan həqiqət yolundadır. Elə buna görə də, azadlıq bu dəyərlərlə məhdudlaşdırılır. Bu dəyərləri necə anlamaq və əldə etmək başqa bir məsələdir. Bəzi şəxslərin bu dəyərləri anlamaqda yanlış yolla getməsi mümkündür. Mümkündür kimlərsə də düzgün yolları getsinlər. Bu, söhbətin mövzusundan xaricdir. Hər halda, azadlıq həqiqətlə və dəyərlərlə məhdudlaşır.


Ayətullah Seyid Əli Xamenei


1493 بازدید
در حال ارسال اطلاعات...