Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Rəhbərin mütaliə üsulu

Doktor Həddad Adil son söhbətlərində Rəhbər Ayətullah Xameneinin mütaliə üsulu barədə danışıb. Doktor deyib: “Cənab Rəhbər fəal bir oxucudur. Əvvəlcə kitabı nəzərdən keçirir, yazıçının maraq və məqsədini araşdırır.”
Hər bir ölkənin inkişaf meyarlarından biri bu ölkədə nə qədər kitab oxunmasıdır. Mütaliə səviyyəsi bugünkü dünyamızda mühüm meyarlardan sayılır. Hansı millət çox oxuyursa, daha çox inkişaf edir.
Təəssüf ki, əksər ölkələrdə mütaliə səviyyəsi qənaətbəxş deyil. Böyük Rəhbər Ayətullah Xamenei bu mövzuda nigaranlığını dəfələrlə dilə gətirmişdir. Rəhbər müxtəlif idarə və təşkilatlardan, aidiyyatı orqanlardan bu sahədə layihələr həyata keçirilməsini istəmişdir. Kitab mütaliəsinin ənənə halı alması Rəhbərin arzularındandır.
Amma Rəhbər münasibət bildirməklə yanaşı bu sahədə başqaları üçün gözəl nümunədir. Cənab Rəhbər öz söhbətlərində dəfələrlə bu mövzu barədə danışıb. O özü hər gecə yatmazdan öncə kitab mütaliə edir. Xatirələrində bildirir ki, inqilabdan əvvəl uzun illər Tehran-Məşhəd, Məşhəd-Tehran avtobusu ilə uzun səfər boyu kitab mütaliə edərmiş. Dövlət məsulları, İranın tanınmış şəxsiyyətlərinin Cənab Rəhbərin mütaliə üsulu ilə bağlı xatirələri var. Bu söhbətlər arasında Doktor Qulaməli Həddad Adilin söhbətləri xüsusi yer tutur.
Son söhbətlərində birində Doktor Həddad deyir: “Rəhbər kiminlə söhbət edirsə həmin şəxsə onun ixtisası üzrə peşəkar ədəbiyyat nümunələrini xatırladır. Həmin kitabların əksəri Rəhbərin kitabxanasında mövcuddur... Rəhbərin belə bir adəti var ki, oxuduğu kitab haqqında bir səhifəlik qeydiyyat götürür. Bu qeydi kitabla birlikdə kitabxanada saxlayır. Belə ki, kitabı oxumaq istəyən şəxs Rəhbərin münasibəti ilə də tanış olur. O çox məhsuldar oxucudur. Öncə kitabı nəzərdən keçirir, müəllifin məqsədi ilə atnış olur. O hətta kitabın zahirinə, cildinə çox diqqətlidir. Qətiyyətlə demək olar ki, Rəhbər kitablarla yaşayır... Rəhbərin mütaliəsi ardıcıldır. Gecə yatmazdan öncə ölkə və danyanın taleyi ilə bağlı yazılar mütaliə edir. Bu mütaliə fiqh dərslərindəki kim ağır olmur. Gecə mütaliəsin onun üçün bir növ istirahətdir. Amma onun yüngül mütaliəsi bizim ağır mütaliəmizdən çox ağırdı.”
Doktor Hədda başqa bir söhbətində deyir: “İlk nöqtə budur ki, Rəhbərin mütaliə dairəsi sırf ruhani maraqları dairəsində məhdudlaşmır. Bütün zümrələr kimi ruhanilər də adətən öz sahələrinə aid kitablar oxuyurlar. Cənab Xamenei fiqh, üsul, İslam maarifindən əlavə bütün faydalı kitabları oxumağa çalışır. Şəxsi kitabxanasında bunu hiss etmək çətin deyil.”
Doktor Həddad və başqa tanınmış şəxslərin söhbətlərindən əminlik yaranır ki, dünyanın heç bir ölkəsində mütaliəyə bu qədər diqqətli ikinci siyasi rəhbər yoxdur. Rəhbərlə görüşən mütəxəssislər öz ixtisasları haqqında elə yeni sözlər eşidirlər ki, Cənab Xameneinin məlumat dairəsindən vəcdə gəlirlər. Əksər naşirlər ciddi əsərlərin nəşrindən sonra Rəhbərin kitaba münasibəti barədə eşidirlər. Bütün bunlar Cənab Xameneinin kitab və mütaliəyə ciddi münasibətindən danışır.

Nur-az.com/Tebyan


2402 بازدید
در حال ارسال اطلاعات...