Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

«Həpimiz yəhudiyik»mi?

«Charlie Hebdo»nun təxribatını görməyənlər hər gün yüzlərlə terror qurbanı olan müsəlmanları da görmür
Bu gün məlum oldu ki, islam peyğəmbərinin karikaturlarını davamlı olaraq dərc edərək müsəlmanların heysiyyatı ilə oynadıqlarına görə ötən həftə terrorçular tərəfindən amansızlıqla öldürülən «Charlie Hebdo» satirik jurnalının 4 əməkdaşı Yerusəlimdə dəfn olunacaqlar.

Qəribədir ki, son illər islam peyğəmbərinin təhqir olunduğu hər şeyin altından yəhudilər boylanır. Təqribən il yarım əvvəl də ABŞ-da peyğəmbər haqqında qalmaqallı film çəkilərkən məlum olmuşdu ki, filmin prodüsseri yəhudidir və filmin kollektivi açıq şəkildə aldadılmışdı. Onlar kimi canlandırdıqlarından belə xəbərsizdilər.
«Charlie Hebdo» satirik jurnalının 4 əməkdaşının yəhudi olması barədə isə geniş ictimaiyyətin bu günə qədər heç bir məlumatı yox idi. Oxucular məni düzgün başa düşsünlər. Söhbət heç də hansısa millətə qarşı olmaqdan getmir. Məhz yəhudilərin israrla müsəlmanları beynəlxalq miqyasda təxribata çəkmələrindən gedir. Çünki iki ildən artıqdır ki, davamlı olaraq milyard yarıma yaxın müsəlmanın heysiyyatı ilə açıq şəkildə oynanılması təxribatdı. Bunun başqa adı yoxdu və nəhayətdə bu təxribat öz nəticəsini verdi.

Terroru heç kim və heç kim müdafiə edə bilməz. Bütün hallarda hər bir terror məqsədindən asılı olmayaraq insanlığa və Tanrıya qarşı atılmış şeytani addımdır. Bunun arxa planı yoxdur və terroru cihad olaraq görən hər bir kəs bir mənalı olaraq şeytanın hiyləsinə uymuş biridir.

Amma Parisdə baş verən müdhiş terrora qədər «Charlie Hebdo»nun nə qədər yol gəldiyini hamımız bilirik. Bunu iki gün öncə, yanvarın 11-də arxasına 2 milyona yaxın insan alaraq Parisdə Həmrəylik Marşı keçirən 60-dan artıq dövlət və hökümət başçıları da və orda olmasalarda, baş verən terroru pisləyən dünyanın digər liderləri də bilirdilər. Çünki hər şey onların da gözlərinin qarşısında baş vermişdi. Ancaq onlar bu təxribatları dayandırmaq üçün hansısa addım atmışlardımı? Yox.

Sual olunur, «Charlie Hebdo» jurnalının əməkdaşlarını kim qurbanlıq seçmişdi? Parisdə Həmrəylik Marşı keçirən həmin o liderlər olmasın ki? Bu gün İraqda, Suriyada, Misirdə, Liviyada hər gün yüzlərlə insan terror nəticəsində öldürülür. Minlərlə insan evlərindən qaçqın düşür. Niyə dünya liderləri hər gün onlarla, yüzlərlə ölən müsəlman terror qurbanları üçün Həmrəylik Marşı keçirmirlər? Axı Suriyada, İraqda ölənlərin heç biri kimisə təxribata çəkmir. Onlar sadəcə məsum və dinc insanlardır.

Bunun cavabı varmı? Yəni insanların İraqda, Suriyada terror nəticəsində ölməsi adi bir haldır, amma Parisdə ölmələri beynəlxalq miqyaslı hadisədir. Axı İraqda 12 il əvvəl terror yox idi və terror İraqa ABŞ-ın bu ölkəni işğal etməsindən sonra gəldi. Heç 50 il əvvəl Əfqanıstanda və Pakistanda da terror yoxdu. Ora da terror öncə SSRİ-nin, sonra isə ABŞ-ın işğalından sonra ayaq açdı. İki il öncə Liviyada, Suriyada, Misirdə də terror yoxdu. Oralara da «Ərəb baharı»ndan sonra terror qədəm basdı. Necə deyərlər olmaz olsun belə «bahar».