Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

«Qüdrət Həsənquliyevin üzərindən bulduzer kimi keçəcəm»

Vidadi İsgəndərli: «Korrupsiya İdarəsinə etdiyim müraciətimdə onun bahalı maşınlarından tutmuş, villaları, evləri və obyektlərinə qədər hər şeyi əks etdirmişəm»

Xəbər verdiyimiz kimi, dünən hüquq müafiəçisi, Demokratiyanın Müdafiəsinə Dəstək İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərli deputat, BAXCP sədri Qüdrət Həsənquliyevdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Həmin müraciətdə deputat korrupsiyada ittiham edilir.

Məsələ ilə bağlı Vidadi İsgəndərli ilə əlaqə saxladıq. Hüquq müdafiəçisi bildirib ki, Qüdrət Hüseynquliyevlə bağlı etdiyi müraciətindən dolayı yaxın günlərdə geniş açıqlama verəcək. Hazırda xəstə olduğunu qeyd edən təşkilat sədri vurğulayıb ki, açıqlamada bir sıra məqamlar yer alacaq. «Qüdrət Həsənquliyevlə bağlı etdyim müraciətimdə onun parlament seçkilərindən tutmuş, evləri, villaları, bahalı maşınları, obyektləri ilə bağlı hər şey yer alıb. Necə olur ki, heç bir fəaliyyəti olmayan, əlindən bir iş gəlməyən Qüdrətlər, Hafizlər və digərləri milyonluq maşınlarda gəzir, evlərdə qalır və seçki günü 45 min səs yığır, amma canını ortaya qoymuş Vidadi İsgəndərli cəmi 35 səs alır? Bu adamlar Kamaləddinlər, başqalarına güvənirsə, buyursunlar iddialarımı təkzib etsinlər. Mən Qüdrət Həsənquliyevə də xəbərdarlıq etmişəm ki, o, kimlərləsə bacara bilər, amma mənimlə yox. Həm də ona xəbərdarlıq etmişəm ki, üzərindən bulduzer kimi keçəcəm»./jam/


1301 بازدید
در حال ارسال اطلاعات...