Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

Əhli-beyt dostlarının xüsusiyyətləri

1. Axirət sevgisi;
İmam Sadiq (ə) öz dostlarının xüsusiyyətlərini şərh etməklə şeytanın hədəfə aldığı insanları tanıtdırır. Onların xüsusiyyətləri sadalanır. İlk xüsusiyyət budur: «Axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu heç vəchlə heç nəyə dəyişməzlər». Hansısa bir məqamda ya dünya, ya da axirəti seçmək zərurəti yaransa, onlar tərəddüd etmədən axirətə üstünlük verərlər.

2. Nurla dolu qəlb;
«Onların qəlbi necə də nurludur!» Bu təbirlə tanışlığımız Əhli-beyt maarifi ilə tanışlığımızdan asılıdır. İnsanın batini, onun qəlb və ruhu müxtəlif şeylərin saxlandığı sandıqça kimidir. Hisslərdə qüvvələr toplandığı kimi, bu sandıqçada da qüvvələr toplanmışdır. Hiss aləmi böyük və tanınmış qüvvələrin