Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Qərbdə cinsi azadlıq

Qərbdə qadınla kişinin qeyri-sağlam əlaqəsi geniş yayılıb, qadın-kişi münasibətlərində pərdənin götürülməsi adi hal alıb. Demirik ki, Qərb ölkələrində kişilərin, yaxud qadınların hamısı əxlaqsızdırlar. Xeyr, belə bir iddia etmirik, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var. Lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.
Siz Qərbin müstəmləkəsi olan ölkələrə baxın. Onların hansı biri qərblilərin müsbət keyfiyyətlərini örnək götürüb, vaxtının qədrini bilib, riski bacarıb və işində ciddi olub? Onlar cinsi ehtirasların azadlığını öyrənmişlər, belə məsələləri yox.
Maddiyyata, pul və kapitalın dəyərinə, şəhvət azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola bilməz.
Xalqların süqutu qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Avropada və Amerikada müşahidə edirlər. Bu cəmiyyətlərdə gənclər pozğunluğa meyllə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar. Adətən əxlaqi pozğunluqlarda qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin səviyyəsindən asılı olmayaraq, yaşadıqları cəmiyyətin və quruluşun sütunlrını qarışqatək çeynəyib məhv edəcəklər.


Ayətullah Seyid Əli Xamenei


1397 بازدید
در حال ارسال اطلاعات...