Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Qərbdə cinsi azadlıq

Qərbdə qadınla kişinin qeyri-sağlam əlaqəsi geniş yayılıb, qadın-kişi münasibətlərində pərdənin götürülməsi adi hal alıb. Demirik ki, Qərb ölkələrində kişilərin, yaxud qadınların hamısı əxlaqsızdırlar. Xeyr, belə bir iddia etmirik, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var. Lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.
Siz Qərbin müstəmləkəsi olan ölkələrə baxın. Onların hansı biri qərblilərin müsbət keyfiyyətlərini örnək götürüb, vaxtının qədrini bilib, riski bacarıb və işində ciddi olub? Onlar cinsi ehtirasların azadlığını öyrənmişlər, belə məsələləri yox.
Maddiyyata, pul və kapitalın dəyərinə, şəhvət