Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Həsən Nəsrullahın sionist rejimə iki kəlməlik ULTİMATUMU!

Ötən gecə sionist rejimin Hizbullahın qüvvələrinə hücumu nəticəsində üzvlərindən neçə nəfərin şəhadəti hal-hazırda məntəqə üzrə ən mühüm hadisə kimi bütün dünyanın diqqətini özünə cəlb edib. Bu arada S. H. Nəsrullahın İsrail rejiminə xitabən söylədiyi iki kəlməlik qəti xəbərdarlığı onların Hizbullah tərəfindən hər hansı əks-hücuma məruz qalacağını göstərərək daxildə qorxu və vahiməni bir az da artırıb.

Nur-az.com “Tabnak”a istinadən: Hizbullahın üzvlərindən neçə nəfərin “Cövlan” məntəqəsində sionist rejimin hərbi qüvvələri tərəfindən şəhadəti Livanın Hizbullah təşkilatının baş katibi S. H. Nəsrullahın İsrailə iki kəlməlik ultimatumu ilə nəticələnib:

“SIĞINACAQLARINIZI HAZIRLAYIN!”

Bu bəyanat izah və şərhsiz yalnız S. H. Nəsrullahın fotoşəkili ilə birgə “əl-Mənar” televiziya-xəbər agentliyinin rəsmi saytında yayımlanıb. Maraqlısı odur ki, saytda bu bəyanat hər iki – ərəb və ibrani dillərində qeyd edilib.

Sionist rejimin hücumundan neçə saat sonra Hizbullah təşkilatının baş katibi tərəfindən verilən bu qısa və qəti bəyanat Hizbullahın əks-zərbə endirmə ehtimalını verdiyi üçün İsrail hərbi qoşunlarının tam hazır vəziyyətə gətirilməyinə səbəb olub.
Bu arada İsrailin informasiya vasitələri vəziyyəti elə göstərməyə çalışırlar ki, guya, Hizbullahda elə də ciddi intiqam hissi müşahidə olunmur və bununla da ictimai durumu arxayın saxlamaq cəhdindədirlər. Bu məqsədlə, “Yədiut Aharanut” qəzeti bildirib ki, Hizbullahın əks cavabı İsrailin işğal etdiyi ərazilərdən kənarda öz əksini tapacaq və hal-hazırda onların bir çox səbəblərə görə birbaşa üzbəüz döyüşə girməyə maraqları yoxdur.
Bununla belə, İsrailin kəşfiyyat-təhlükəsizlik mənbələrindən nisbi məlumat əldə edən “Debka Fayl” internet portalı bildirir ki, rejimin yüksək rütbəli komandirləri hal-hazırda Hizbullahın dərhal göstərəcəyi reaksiyasını gözləyirlər. Odur ki, sərhəd boyu hərbi qüvvələr mövcud olan ən yüksək texnika və silah-sursatla təchiz olunaraq onlara hazır vəziyyət əmri verilib. Xəbərdə Hizbullahın düşmənə qarşı həyata keçirə biləcəyi bir çox əməliyyat proqramlarına da toxunulub.
Xülasə, mövcud vəziyyət göstərir ki, İsrail rejimi başçıları Hizbullah tərəfindən hər hansı addıma qarşı böyük təşviş keçirir və işğal olunmuş ərazilərin əmniyyətinin pozula biləcəyindən ciddi nigarandırlar. Şübhəsiz, S. H. Nəsrullahın bu qəti mövqeyi təhdid və vahiməni bir az da artırmaq üzrədir.


1266 بازدید
در حال ارسال اطلاعات...