Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Azadlıq böyük dəyərdir

Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mənəviyyətinin, yəni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.
Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz istedadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.
«Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:
«İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu lətif şeiri zümzümə edən bir süpürgəçiyə sataşır:
«Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»
İbni Sina şeiri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Təzim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şəni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti çəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı və sürətlə oradan uzaqlaşdı.
İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mənasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.
Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bəzən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bəzən də oyandığını görür. Bəziləri bəşəriyyət sözünün mənasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.

Şəhid Mürtəza Mütəhhəri


1483 بازدید