Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2015

Dərdlərin dərmanı "Nəhc əl-bəlağə"dədir

Bü gün İmam Əlinin (ə) dövrünə bənzər bir şəraitdəyik. Bizi həm dünya sevgisi, həm də təkəbbür, özünəpərəstiş, təəssüb təhdid edir. İctimai fitnə tufanları da bizi çöküşlə, parçalanmaqla hədələyir. Buna görə bizim də o dərmanlara ehtiyacımız var. "Nəhc əl-bəlağə"yə hər zamankından çox ehtiyacımız var. Mən kiminsə bu baxışla "Nəhc əl-bəlağə" ardınca getdiyini görməmişəm. Bilirsiniz ki, çox iş görülmüşdür. Amma bu yeni baxışdır.
İndi "Nəhc əl-bəlağə" güzgüsünə baxın və görün orada hazırkı vəziyyətinizdən nə görürsünüz? Hansı dərdi, hansı təhlükəni görürsünüz? Bizə hansı xəbərdarlıqlar olunub? Bilin ki, bütün bunların dərmanı "Nəhc əl-bəlağə"dədir.
Bu gün tədqiqatçıların "Nəhc əl-bəlağə"ni bu baxımdan izah etmələri zəruridir.

Nümunə olaraq İmam Əlinin (ə) həll etməyə, aradan qaldırmağa çalışdığı o günün xəstəliklərindən (problemlərindən) bir neçəsini qeyd edirəm. Bu xəstəliklərdən biri dünya sevgisidir. "Nəhc əl-bəlağə"də dünya, dünya sevgisi, dünyaya aldanmaq, dünyanın təhlükələri, pusquları əleyhinə xəbərdarlıqlar olunmuşdur. "Nəhc əl-bəlağə"nin önəmli hissələrindən biri zöhddür.

Biz, mahir bir həkimdən tam nüsxə alıb cibinə və ya taxçaya qoyan, amma eyni halda o nüsxəni açıb baxmayan, əməl etməyən və beləcə xəstəlikdən daim əziyyət çəkən xəstəyə bənzəyirik. Əsrlər boyu "Nəhc əl-bəlağə" bizim ixtiyarımızda idi. Lakin ondan istifadə etmədik, o maarifdən faydalanmadıq. Fərdi və ictimai xəstəliklərdən qurtulmadıq. Bu, "Nəhc əl-bəlağə" ilə tanış olan hər bir kəsin qəlbində yaranan böyük təəssüf hissidir.

İmam Əlinin (ə) "Nəhc əl-bəlağə"də "Qasiə" adlanan xütbəsi var. Olduqca mühüm, məzmunlu, maraqlı xütbədir. Bu xütbənin ümdə mövzularından biri təkəbbürün pislənməsidir.
Burada peyğəmbərlər (ə) haqqında bir neçə cümlə vardır ki, bir hissəsini sizin üçün oxuyuram.
Peyğəmbərlər (ə) haqqında buyurur: “Allah-taala peyğəmbərlərin nəzərində təkəbbürü pis etdi, təvazönü onlara layiq gördü. Razı oldu ki, onlar təvazökar olsunlar. Peyğəmbərlər (ə) o qədər təvazökar idilər ki, Allah hüzurunda üzlərini yerə sürtür, alınlarını torpağa bulaşdırırdılar. Möminlərə qarşı təvazökarcasına mehriban idilər” . Peyğəmbərlər (ə) möminlərlə belə idilər. Buna görə də həmişə onların ətrafına toplanırdılar .

Əmirəlmöminin (ə) "Nəhc əl-bəlağə"də buyurur: Peyğəmbərlər (ə) bütün xalqla, cəmiyyətin əksəriyyətini təşkil edən geniş xalq kütlələri ilə ünsiyyətdə idilər. Bizim peyğəmbərimizin işi onlarla idi. Müasir dövrdə ümmətin imamının da işi onlarladır. Dövlət, vəzifəli şəxslər və xalq arasındakı bu əlaqə yaşamalıdır. Bu münasibət zəifləməməlidir. Bizim inqilabımızın şah damarı bu münasibətdir.

"Nəhc əl-bəlağə"də dəfələrlə təkrar olunan mövzu "təkəbbür" mövzusüdur. Yəni "Qasiə" xütbəsinin ümdə mövzusudur. Əlbəttə ki, bu təkcə "Qasiə" xütbəsinə məxsus deyil, "Nəhc əl-bəlağə"də bir çox yerlərdə var. Təkəbbür məsələsi, yəni özünü başqalarından yüksəkdə görmək İslamı, İslam siyasi quruluşunu zəiflədən, xilafəti padşahlığa çevirən, Peyğəmbərin (s) zəhmətlərinin nəticəsini müəyyən zaman kəsiyində tamamilə aradan aparan bəladır. Məhz buna görə də İmam Əli (ə) "Nəhc əl-bəlağə"də bu məsələyə çox önəm vermişdir.

"Nəhc əl-bəlağə"nin zöhdlə, zöhdə rəğbətləndirməklə dolu olması nəyi göstərir? (Təbii ki,) xəstəliyi göstərir. İmam Əlinin (ə) dünya haqqında odlu, həyacanlı, gözəl, bəlağətli danışan bu nüsxəsi göstərir ki, camaat çox pis şəkildə dünya tələsinə düşübmüşlər. Peyğəmbərin (s) dünyasını dəyişdiyi vaxtdan iyirmi üç il sonra camaat çox pis əsir olmuşdu. Bu düyün açan əl çalışır ki, bu kəməndi onların əl-ayağından açsın.

Bu gün "Nəhc əl-bəlağə" bizim üçün fərqli cəhətlərdən əhəmiyyətlidir. Təkid edirəm ki, bu kitab bənzərsiz, sonsuz xəzinədir. Bu gün də İslam cəmiyyəti, müsəlman xalqlar ona həmişəkindən daha ehtiyaclıdırlar.

Bu dövrdə bizi təhdid edən xəstəliklər var. Onların müalicəsi bizim üçün dəyərli və həyatidir. Bu fərmanları, müalicə üsullarını axtarmalıyıq. Mən demək istəmirəm ki, İslamın erkən çağlarında baş verən hadisələr indi də bir-bir baş verir, xeyr! Amma istiqamətlər eynidir.

Həzrət Əlinin (ə) bir sıra çıxışları vardır ki, bu çıxışlarda ideologiya, döyüş taktikası, hakimiyyət təcrübəsi, üsuli-idarə, əxlaq, zöhd və təqvadan söhbət açılır. Siz bu gün başa düşürsünüz ki, bizim "Nəhc əl-bəlağə"yə nə qədər ehtiyacımız var.


Ayətullah Seyid Əli Xamenei


1717 بازدید
در حال ارسال اطلاعات...