Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Cihad Muğniyə şəhid olacağını bilirdi

Yanvar ayının 11-də, Cihad Müğniyənin şəhidliyindən bir həftə öncə onun ana babasıgildə Peyğəmbərin mövlud bayramı münasibətilə böyük bir bayram qonaqlığı düzənlənmişdi. Bütün nəvələrə deyilmişdi ki, məclis üçün qısa söhbət hazırlayıb yeni 2015-ci il planlarını açıqlasınlar. Hamı danışdı və növbə Cihada çatdı. O isə yalnız bunu dedi: “Yeni il planlarımı gələn həftə deyəcəyəm”. Hamı etiraz etdi; kimisi şərtləri pozduğunu, tapşırığını hazırlamadığını dedi, kimisi güldü, kimisi zarafatlaşdı. O isə sözündən dönmədi, planlarını gələn həftə açıqlayacağını söyləyib durdu.
Düz bir həftə sonra yenə də bütün ailə bir yerə toplaşdı, amma bu dəfə qonaqlıq üçün yox, başsağlığına gələnləri qarşılamaq üçün. Cihadın planı şəhidlik idi.
Bunu Cihadın nənəsi Ümm Ədnan, xalası və bir neçə yaxın qohumu danışır. Lakin dərhal mövqe və yollarını təyin edirlər: “Ailənin gənc nəvəsini itirdiyimizə görə ağlayır, seçdiyi yola görə isə sevinirik”.
Cihad Müğniyənin anası ilə yaxın münasibətdə olan xanımlardan biri deyir: “Son zamanlar çox dua edirdi ki, oğlu arzusuna çatsın. Cihad bundan ötrü anasından dua etməsini istəmişdi”. Xatırladaq ki, o, bu arzunu ilk dəfə bir neçə il öncə atasının dəfni zamanı söyləmişdi.
Şəhid nəvəsinin yasında Livan ləhcəsilə oxşama deyən nənənin sözləri də maraqlıdır: “Əzizim Tata, tez getdin... Amma Allaha şükür olsun! Bu ailənin taleyi şəhidlikdir. Və şəhidlik Tanrının xüsusi dostlarına bağışladığı hədiyyədir”.

Nur-az.com/mashreghnews


1580 بازدید
در حال ارسال اطلاعات...