Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Şeyx Müfidin yuxusu

Bir gecə Şeyx Müfid yuxuda Bağdadın Kərx (کرخ) məscidində oturduğunu görür. Fatimeyi-Zəhra (s) İmam Həsən (ə) və İmam Hüseynin (ə) əllərini tutub Şeyx Müfidin yanına gəlib buyurur: “Ey Şeyx! Bu iki nəfərə fiqh öyrət.”

Şeyx yuxudan heyrət içində ayılır. Bu nə yuxudur, mən kiməm ki bu iki İmama (ə) fiqh öyrədim? Bir tərəfdən də məsum İmamları (ə) yuxuda görmək şeytani yuxulardan sayılmır.

Səhər açılandan sonra Şeyx yuxuda gördüyü məscidə gedib orada oturur. Birdən məsciddə kənizlərin əhatəsində olan möhtərəm bir qadının iki uşağının əlindən tutduğunu görür. O qadın Şeyx Müfidə tərəf gəlib deyir: “Ey Şeyx, bu iki uşağa fiqh öyrət.”

Şeyx yuxusunun təbirini başa düşür və uşaqların təlim və tərbiyəsinə başlayır. O iki nəfərə çox ehtiram göstərir. O iki uşaq, məşhur fəqihlər - Şə