Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2015

Uğursuz Daşaltı əməliyyatı

Daşaltı əməliyyatından 23 il ötür. Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.