Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Heyvana çevrilmiş insanlar

Həzrət Əli (ə) buyurur ki, bir gün Peyğəmbərdən (s) məsx olmuş heyvanlar haqqında soruşdum. Həzrət buyurdu: “Fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, dovşan, yarasa, əqrəb, hörümçək, ağ-qara soxulcan, dəniz canlılarından suhəyl və zöhrə.” Həzrət Əli (ə) həzrət Peyğəmbərdən (s) bu heyvanların məsx olma səbəbi barədə soruşur. Həzrət buyurur: “Əqrəb əvvəlcə acı dilli bir kişi idi, kimsə onun dilindən amanda qala bilməzdi. Hamını zəhərləyərdi. Donuz əvvəllər nəsrani bir şəxs idi. Allahdan səma qidası istədi. Allah ona bu qidanı göndərəndə küfr etdi. Fil livatla məşğul olan bir kişi idi. Ayı başqa kişiləri öz oyunu ilə özünə cəzb edən bir kişi idi. Hörümçək əvvəllər ərinə xəyanət etmiş bir qadın idi. Dovşan əvvəllər heyz və digər qüslləri yerinə yetirməyən qadın idi. İlanbalığı öz zövcəsini başqalarının ixtiyarına verən bir kişi idi. Kərtənkələ bir bədəvi idi, Həccə gedənləri qarət edərdi. Meymun əvvəllər şənbə günü Allahın qadağasını pozub balıq ovuna gedərdi. Bir zaman bu qadağa vardı. Yarasa xalqın xırmanlarını çalıb-çapan oğru idi. Qara soxulcan insanlar arasında söz gəzdirib, ara vuran bir şəxs idi. Dəniz canlılarından olan sühəyl günah işlə məşğul olan bir şəxs idi. Başqa bir dəniz canlısı olan zöhrə Harut və Marutu aldatmış nəsrani qadın idi.”
Belə bir sual verilir ki, bir zaman məsx olmuş insanların bugünki nəsillərinə münasibət necədir?
Bu genetikaya aid bir mövzu deyil. Ümumiyyətlə təcrübi elmlər belə məsələləri araşdırmaq gücündə deyil. Əgər bu gün həmin məsx olmuş insanlardan qalırsa da, bunu sübuta yetirmək çətindir. Amma rəvayətlərdə bu məsələyə toxunulur. İmam Səccad (ə) buyurur: "Məsx olanlar cəmi 3 gün diri qaldılar. Sonra Allah yağış və külək göndərib, onları dənizdə batırdı. Məsx olmuşlar arasında 3 gündən artıq qalan olmayıb. Bu gün gördüyümüz heyvanlar yalnız onların oxşarlarıdır." Bəzən it, donuz, meymun ətinin haram olması barədə soruşulur. Bunu bir növ onların məsx olmuş heyvanlar olması ilə əlaqələndirmək istəyirlər. Əslində bu onların ətindəki zərərlə bağlıdır. Hər halda bunu onların məsx olması ilə əlaqələndirmək olmaz."
Məmun İmam Rizadan (ə) soruşur ki, məsx olmuş insanların aqibəti necə oldu? İmam buyurur: "Bu insanlar Allahın qəzəbinə gəlib məsx edilmiş, heyvana çevrilmiş insanlardır. Onlar gündən sonra öldülər. Onların nəsli qalmayıb. Bu gün dünyada gördüyümüz meymun, donuz və başqa heyvanlar həmin nəsildən deyil. Onların da başqa heyvanlar kimi əti haramdır."
Daha çox dovşanın məsx olması barədə soruşulur. Allahın bütün yaratdıqları gözəldir. Canlı orqanizmindən çıxan sidik və nəcis təbiidir. Onların hər birinə münasibətdə şəri hökmlər var. Ruhu olan bütün varlıqlarda qan var. Qan həyat yaradır. Amma onu içmək haramdır. Dovşan və digər canlılar Allahın yaratdığı canlılar olaraq gözəldirlər. Amma insanın bu heyvanlara münasibətdə şəri hökmlərə əməl etməsi lazımdır. Əgər heyvanın əti haramsa insan onun ətindən istifadə edə bilməz. Heyvanlar arasında yalnız it və quru donuzu tam nəcisdir. Başqa heyvanlar pakdırlar. Amma murdar olmayan heyvanların da arasında əti haram olanlar var. Bu heyvanların dərisi, tükünün insanın namazına təsiri var. Əgər əti haram olan heyvanın bir tükü insanın üstündə olarsa bu vəziyyətdə qıldığı namaz batildir. Heyvanların yaxşı-pisliyini, onlara münasibəti onların ətinin haram olması, murdar-təmizliyi ilə əlaqələndirmək düzgün deyil. İslam dinində heyvanların qorunması, hifz olunması tapşırılır. Heyvana rəhm etməyən insana Allah dünya və axirətdə rəhm etməz. İnsan yaranmışların ən şərəflisidir. Bütün varlıq aləmi insana xatir yaradılmışdır. Amma həmin bu insan öləndə murdar olur. Əgər yaş əllə ona toxunsan, əlini suya çəkməlisən. Amma ölünün özünə də münasibətdə İslamın hökmləri var. İslamın insan haqlarına diqqətindən danışarkən onun tək ölülərə verdiyi hüququ qeyd etmək kifayət edər. Ölünü yandırmaq olmaz, ölünü təhqir etmək olmaz. Ölü dəfn edilməlidir. Bütün bunlar ölü üçün nəzərdə tutulmuş hüquqlardır. Deyilənlərdən belə qənaətə gəlirik ki, şəriət hökmləri təbiət qanunlarından fərqlənir. Təbiət qanunları sırf fiziki varlıqla bağlıdır. Şəriət qanunları isə Allahın insanın təkamülü üçün təyin etdiyi qanunlardır. Şəri hökmlər yalnız insan və cinlərə aiddir. Yəni bu hökmlərin icrasına yalnız cinlər və insanlar məsuliyyət daşıyır. İt şəri baxımdan murdar sayılır. Amma dinimiz bu heyvanın vəfadarlığını, faydalarını inkar etmir. Dovşan yaranışın əvvəlində insan olub. Allahın qəzəbinə gələrək bu insan məsx edilərək dovşana çevrilib. Əgər dovşan bir zaman məsx olunmuşsa, biz bu gün dovşana qarşı amansız ola bilmərik. Məsx hadisəsinin səbəblərindən biri günahkar insanın cəzalandırılmasıdır. Bu başqaları üçün ibrət olmalıdır. Əgər ilk insan torpaqdan yardılıbsa, bu bütün insanlara aid edilə bilməz. Məsx olmuş heyvanlar da belədir. Dovşan bir zaman məsx olmuş pis insandır deyib, bu gün dovşana nifrətlə baxmaq düzgün deyil. Dovşan insana əziyyət verməyən, yırtıcı olmayan bir heyvandır. İslam belə bir heyvanları qorumağı, onların hüquqlarına riayət etməyi tapşırır. Amma dovşanın əti haramdırsa bu onun bir zaman məsx olması ilə bağlı deyil. İnsan yaranmışların şərəflisi olduğu halda onun da əti haramdır.

Nur-az.com


1945 بازدید
در حال ارسال اطلاعات...