Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Lənət nədir?

Mərhum Əllamə Tehrani deyir:

Allah kitabında yer almış lənətlər, Peyğəmbər və imamların dilindən çıxan nifrinlər həmişə xeyirədir. Allah və Onun övliyalarındna xeyirdən başqa bir şey gözləmək olmaz. Çünki onlar təcavüzkarı lənətləyir. Bu lənət təqvalı möminə aid deyil.

Mərhum Əllamə Seyid Məhəmməd Hüseyni Tehrani öz seyr-süluk ustadı Hacı Seyid Haşimin sözlərini şərh edərkən Əlqəmə duası və Məsumlardan nəql olunmuş duaları misal göstərir:

Tasua günü (Hacı Seyid Haşim) öz mənzilində Aşura ziyarəti oxuyar, sonra 100 lənət və 100 salam göndərərdi. Ziyarət namazı qılar, Əlqəmə duası oxuyardı. Duanın sonunda ustadın hüzurundakı şəxslərdən biri lənətlər barədə soruşdu. Dedi ki, İmam Cəfər Sadiqin ruhiyyəsi bu lənətlərlə uyuşurmur?

Dua belə başlayır:

یَا اللَهُ یَا اللَهُ یَا اللَهُ یَا مُجِیبَ دَعْوَةِ الْمُضْطَرِّینَ

Sonra deyilir:

اللَهُمَّ مَنْ أَرَادَنِی بِسُوءٍ فَأَرِدْهُ! وَ مَنْ کَادَنِی فَکِدْهُ! وَ اصْرِفْ عَنِّی کَیْدَهُ وَ مَکْرَهُ وَ بَأْسَهُ وَ أَمَانِیَّهُ! وَ امْنَعْهُ عَنِّی کَیْفَ شِئْتَ وَ أَنَّی شِئْتَ! اللَهُمَّ اشْغَلْهُ عَنِّی بِفَقْرٍ لَا تَجْبُرُهُ، وَ بِبَلَآءٍ لَا تَسْتُرُهُ، وَ بِفَاقَةٍ لَا تَسُدُّهَا، وَ بِسُقْمٍ لَا تُعَافِیهِ، وَ ذُلٍّ لَا تُعِزُّهُ، وَ بِمَسْکَنَةٍ لَا تَجْبُرُهَا

اللَهُمَّ اضْرِبْ بِالذُّلِّ نَصْبَ عَیْنَیْهِ، وَ أَدْخِلْ عَلَیْهِ الْفَقْرَ فِی مَنْزِلِهِ، وَ الْعِلَّةَ وَ السُّقْمَ فِی بَدَنِهِ، حَتَّی تَشْغَلَهُ عَنِّی بِشُغْلٍ شَاغِلٍ لَا فَرَاغَ لَهُ، وَ أَنْسِهِ ذِکْرِی کَمَا أَنْسَیْتَهُ ذِکْرَکَ؛ وَ خُذْ عَنِّی بِسَمْعِهِ وَ بَصَرِهِ وَ لِسَانِهِ وَ یَدِهِ وَ رِجْلِهِ وَ قَلْبِهِ وَ جَمِیعِ جَوَارِحِهِ، وَ أَدْخِلْ عَلَیْهِ فِی جَمِیعِ ذَلِکَ السُّقْمَ، وَ لَا تَشْفِهِ حَتَّی تَجْعَلَ ذَلِکَ لَهُ شُغْلًا شَاغِلًا بِهِ عَنِّی وَ عَنْ ذِکْرِی، وَ اکْفِنِی یَا کَافِیَ مَا لَا یَکْفِی سِوَاکَ، فَإنَّکَ الْکَافِی لَا کَافِیَ سِوَاکَ، وَ مُفَرِّجٌ لَا مُفَرِّجَ سِوَاکَ، وَ مُغِیثٌ لَا مُغِیثَ سِوَاکَ، وَ جَارٌ لَا جَارَ سِوَاکَ.

"Pərvərdigara! Hər kəs mənə münasibətdə pis niyyət və qərardasa, Sən özün ona qarşı pis niyyət və qərarda ol. Kim mənə hiylə qurursa Sən özün onu hiyləyə sal. Belələrinin məkrini, pis arzularını məndən uzaq et. Onu istədiyin yolla, istədiyin vaxtda, istədiyin yerdə məndən uzaqlaşdır. Pərvərdigara! Onu çarəsiz yoxsulluğa, aradan qalxmayan bəlaya, sağalmayan xəstəliyə, qurtuluşsuz zillətə, əlacsız dərdə mübtəla et. Bütün vaxtı və gücünü özünə sərf etsin, mənə əziyyət üçün macalı qalmasın.

Pərvərdigara! Onun xar və zəlil olmasına qərar ver. yoxsulluq və zəlaləti evinə sal. Bədənini sağalmaz xəstəlik və halsızlığa mübtəla et. Başını özünə elə qarışdır ki, mənə təcavüz üçün vaxtı qalmasın. Adımı yadından çıxar, necə ki, öz adını (Allahı) onun yadından çıxarmısan.

Onun qulağını, gözünü, dilini, əl-ayağını, qəlbini, bütün bədən üzvlərini elə bir dərdə yoluxdur ki, birdəfəlik məndən əl çəksin. Başı öz dərdlərinə elə qarışsın ki, məni yada salmağa gücü qalmasın. Mənim üçün kifayət et, Səndən başqa kifayət edən yoxdur. Yalnız Sənsən kifayət edən. Səndən başqa açılış edən, qəm-qüssəni aradan qaldıran yoxdur. Sənsən dada yetişə, yoxdur Səndən başqa köməyə gələn. Elə bir sığınacaqsan ki, Səndən başqa sığınacaq verən yoxdur."

Bəli, Allah övliyalarından zərər yoxdur, onların söz və əməli tam xeyirdir. Həmin şəxsin cavabı bu oldu ki, İmamın duası zahirən lənət və nifrin olsa da, əslində tam xeyirdir. Çünki bu dua və duadakı lənət təcvüzkara qarşıdır.

Təqvalı möminlər öz işinə məşğuldur və lənətin onlara təsiri yoxdur. Bəzilərinə Allah nə qədər güc və imkan versə bunları zülmə sərf edir. Onun sağlamlığı, gücü nə qədər az olsa, zərəri də bir o qədər az olar.

Mərhum Həddad deyir: Biz təbii hisslərimiz əsasında düşünürük ki, yalnız xoş sözlər xeyirdir. Əslində belə deyil. Ömür insan üçün o zaman xeyirli olur ki, ömrün günləri xeyrə sərf olunsun. İnsan vaxtını şərə sərf edirsə artıq onun yaşamasında xeyir yoxdur.

Məfatihul-cinanda İmam Məhəmmədtəqidən (ə) nəql olunur ki, Peyğəmbər namazdan sonra deyərmiş:

اللَهُمَّ اغْفِرْ لی ما قَدَّمْتُ وَ ما أخَّرْتُ، وَ ما أسْرَرْتُ وَ ما أعْلَنْتُ، وَ إسْرافی عَلَی نَفْسی، وَ ما أنْتَ أعْلَمُ بِهِ مِنّی. اللَهُمَّ أنْتَ الْمُقَدِّمُ وَ الْمُؤَخِّرُ لا إلَهَ إلّا أنْتَ، بِعِلْمِکَ الْغَیْبَ وَ بِقُدْرَتِکَ عَلَی الْخَلْقِ أجْمَعینَ ما عَلِمْتَ الْحَیَوةَ خَیْرًا لی فَأحْیِنی؛ وَ تَوَفَّنی إذا عَلِمْتَ الْوَفاةَ خَیْرًا لی...

"Pərvərdigara! Səndən istəyirəm ki, qeyb elmin və bütün varlıq üzərində gücünlə, ömrüm mənə xeyirli olana qədər məni yaşat. Ölüm mənə xeyirli oluduğu zaman məni öldür."

Duadan göründüyü kimi, bəzən həyat, bəzən ölüm insan üçün xeyirli olur. Bıçaq o zaman xeyirlidir ki, cərrah onunla bədəndəki bədxassəli şişi çıxarır. Əməliyyat nə qədər ağrılı olsa da xəstənin xeyrinədir. Həmin xəstə üzv özünü yaxşı saya bilər. Həqiqət isə başqadır. Köklük, yağlı xörəklər və şirni yemək həmişə xeyirli olmur. Bəzən arıqlıq, aclıq insana xeyir gətirir.

Uşaq atasından həmişə şirni istəyir. Amma ata şirninin zərərini nəzərə alıb məhdudiyyət qoyur. O övladının xeyrini istəyir. Övladını çox sevdiyi halda onun xəstəlikdən sağalması üçün həkimin bıçağı altında qoyur. Uşaq bu səhnədən narazıdır. O atasını, həkimi düşmən sayır. Əslində isə ata da, həkim də onun xeyrinə çalışır. Övladın xəstəliyi atanın yuxusnu gözündən alır. Sübhədək övladının başı üstə dayanıb yatmır. Mərhəmət həmişə birinə şirini vermək deyil. Bəzən ağrı mərhəmət olur.

Peyğəmbərlər və İmamlar insanların əbədi səadəti üçün çalışıb. Onlar bəzən azad həyatı qorumaq üçün kafirlər və müşriklərə qarşı cihada çağırıb. Münafiqlər, təcavüzkarlar cəzalandırılır və bu cəza xeyrədir.

Təcavüzkar insanın yoxsul, xəstə, bəla içində olması xeyirdir. Çünki onlar əmmarə nəfsin hökmü altındadır və zərər vurmağa çalışır.

Səhifeyi-Səccadiyyədə Əlqəmə duasına oxşar dua var. Əllamə Tehrani deyir:

Məsumlardan nəql olunan əksər dualarda oxşar ifadələrlə rastlaşırıq. İmam Səccaddan (ə) İslvam torpaqlarını qoruyan sərhəd keşikçiləri üçün dua var. İmam bu keşikçilərin düşmənləri haqda belə deyir:

اللَهُمَّ افْلُلْ بِذَلِکَ عَدُوَّهُمْ، وَ اقْلِمْ عَنْهُمْ أَظْفَارَهُمْ، وَ فَرِّقْ بَیْنَهُمْ وَ بَیْنَ أَسْلِحَتِهِمْ؛ وَ اخْلَعْ وَثَآئِقَ أَفْئِدَتِهِمْ، وَ بَاعِدْ بَیْنَهُمْ وَ بَیْنَ أَزْوِدَتِهِمْ، وَ حَیِّرْهُمْ فِی سُبُلِهِمْ، وَ ضَلِّلْهُمْ عَنْ وَجْهِهِمْ، وَ اقْطَعْ عَنْهُمُ الْمَدَدَ، وَ انْقُصْ مِنْهُمُ الْعَدَدَ، وَ امْلأ أَفْئِدَتَهُمُ الرُّعْبَ، وَ اقْبِضْ أَیْدِیَهُمْ عَنِ الْبَسْطِ، وَ اخْزِمْ أَلْسِنَتَهُمْ عَنِ النُّطْقِ، وَ شَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ، وَ نَکِّلْ بِهِمْ مَنْ وَرَآءَهُمْ، وَ اقْطَعْ بِخِزْیِهِمْ أَطْمَاعَ مَنْ بَعْدَهُمْ! اللَهُمَّ عَقِّمْ أَرْحَامَ نِسَآئِهِمْ، وَ یَبِّسْ أَصْلَابَ رِجَالِهِمْ، وَ اقْطَعْ نَسْلَ دَوَآبِّهِمْ وَ أَنْعَامِهِمْ! لَا تَأْذَنْ لِسَمَآئِهِمْ فِی قَطْرٍ، وَ لَا لِارْضِهِمْ فِی نَبَاتٍ!

"Pərvərdigara! Keşikçi müsəlmanlara verdiyin güclə onların düşmənlərini gücdən sal. Düşmənin caynağını onların başı üzərindən çək. Düşməni silahından uzaq sal. Düşmənin qəlbində ümid bağlarını qır. Əlləri azuqəyə çatmasın. Məqsədlərinə doğru hərəkətdə çətinlik yarat, onları azdır. Onlara gələn bütün köməkləri kəs. Saylarını əskilt, qəlblərinə qorxu sal, əllərini süstləşdir, dillərini bağla, onları və onların arxasında dayananları qaçmağa vadar et, pərakəndə sal. Onları elə pis aqibətə düçar et ki, başqa düşmənlərə ibrət olsun. Onları zəlil etməklə sonrakı düşmənlərin tamahına son qoy.

Pərvərdigara! Qadınlarını və özlərini sonsuz et. Kişilərinin nütfəsini qurut. Minikləri və mal-qaralarının nəslini kəs, onları quraqlığa düçar et. Belə ki, torpaqlarında ot bitməsin."


Nur-az.com/hawzah


5917 بازدید
در حال ارسال اطلاعات...