Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2016

Lalə gülü islami mənbələrdə

Allah hurul-eyni yaratdı... və onlara lalə kimi 70 min yaraşıq verdi...
Lalə gülü zərifliyinə və gözəlliyinə görə bütün dünya təbiətsevərləri tərəfindən həddən artıq bəyənilir. Xorasan türklərinin "Qızlar Gülü" adlandırdığı və təqribən 67 növü olan Lalə gülü həmişə eşqin və gözəlliyin simvolu kimi dəyərləndirilmiş, gözəllilklər ona bənzədilmiş, hətta Osmanlı dövlətində 1718-dən 1930-cu ilədək sülh, inkişaf və çiçəklənmə dövrü də “Lalə dövrü” adlandırılmışdır.
Bütün dünyada haqqında çoxlu şerlər qoşulmuş və mahnılar bəslənmiş Lalə gülü İslamda da dərin məna daşıyır və islami qaynaqlarda özünə yer almışdır.

Təhzib sənəti, xəttatlıq yazıları və miniatür kitablarında bəzək vurmaq məqsədilə müxtəlilf rəmz və şirfələr işlədilir. İslamda baxımdan bu şirfələr arasında Lalə, Allahın simvolu sayılır. Bunun da səbəbi əbcəd hesabı ilə bağlıdır. Belə ki, hər bir hərfin öz rəqəm qarşılığı vardır. Ərəb əlifbası ilə “Allah” və “lalə” sözləri eyni hərflərlə yazılır, sadəcə hərflərin yeri dəyişir. Hər iki sözdə bir “əlif”, iki “lam” və bir “he” var. Ona görə də qədim miniatürçülər və xəttatlar lalə rəsmi çəkməklə əslində Allah-təalanın adına işarə edirdilər.
Həmçinin rəvayətlərdə bir sıra gözəlliklərin bu lətafətli gülə bənzədilməsini görmək olar. Onlardan üç mövzuya işarə edirik:

Peyğəmbəri-əkrəm (s) Hövla adlı ətir satan qadına tövsiyələrində buyurur: “Bir qadın öz həyat yoldaşı üçün libas hazırlasa, Allah bu əməlin savabı olaraq qiyamət günü ona 70 behişt libası geyindirər və o libasın hər biri (öz gözəlliyinə görə) lalə və reyhan kimidir”. (Mühəddis Nuri, “Müstədrək əl-vəsail”, c. 15, səh. 155-156)

Peyğəmbəri-əkrəm (s) buyurur: “Cənnətə daxil olan hər bir kəs Tuba ağacına tərəf aparılar. Bu ağacın meyvələri onun üçün hazırlanıb və o, meyvələrin hər hansından istəsə meyl edə bilər. İstəsə ağ rəngli, istəsə qırmızı rəngli, istəsə sarı rəngli, istəsə lalə kimi qırmızı, ya ondan da lətafətli”. (İbn Kəsir, Dəməşqi, “Təfsiri Quranil-əzim”, c. 4, səh. 393)

İbn Abbasdan nəql olunub: “Allah hurul-eyni yaratdı... və onlara lalə kimi 70 min yaraşıq verdi...” (Qurtubi, Məhəmməd ibn Əhməd, “Əlcame liəhkamil-Quran”, c. 18, səh. 206)
Bu rəvayətdə İbn Abbas lalə kimi olan geyimlərə və hurul-eynlərin onlardan istifadə etmələrinə işarə edir.


3758 بازدید
در حال ارسال اطلاعات...