Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2016

Allahın ən çox sevdiyi süfrə hansıdır?

“Mən tərəvəz olmayan süfrədən yemirəm”
1. Birlikdə yemək yemək
Rəsuli-əkrəm (s) buyurur: “Allahın yanında ən sevimli yemək çox əlin onda olduğu (bir dəstə adamın birlikdə yediyi) yeməkdir. Birlikdə yemək yeyin və dağılışmayın. Çünki bərəkət ictimadadır”. (“Tibbun-Nəbi”, səh. 21)
Habelə buyurur: “Sizlərdən ən pis kişi o kəsdir ki, tək yemək yeyir”. (“Əl-kafi”, c. 2, səh. 140)
Yenə buyurur: “Bərəkət üç şeydədir: Birlikdə yemək yemək, sübh vaxtı yemək və yoxsul üçün pay saxlamaqda”. (“Tibbun-Nəbi”)
Yenə buyurur: “Təam üçün dörd şey olsa təam kamil olar: halal olsun, süfrəyə çox əl uzansın, Allahın adı ilə başlanılsın və Allaha həmd ilə sona çatsın”. (“Əl-kafi”, c. 6, səh. 273)
İmam Kazim (ə) buyurur: “Peyğəmbər (s) üç dəstəni nifrin etdi: səfərdə azuqəsini tək yeyəni...”. (“Əl-fəqih”, c. 2, səh. 277)
İmam Riza (ə) hər vaxt süfrəsini sərsəydi, qulları və xidmətçiləri ilə birlikdə yemək yeyərdi.

2. Süfrədə öz yaxınındakı yeməkdən yemək
Rəsuli-əkrəm (s) buyurur: “Süfrə sərildikdə öz qarşınızdakı yeməkdən yeyin və yoldaşınızın qarşısındakı yeməyi götürməyin”. (“Məkarimul-əxlaq”, səh. 149)

3. Süfrədə oturmağı uzatmaq (Yemək yeyərkən tələsməmək)
İmam Sadiq (s) buyurur: “Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir”. (“Müstədrəkul-vəsail”, c.16, səh. 233)

4. Dəvəti qəbul etmək
Peyğəmbər (s) buyurur: “Üç şey cəfanın nümunəsidir: yeməyə dəvət oluna, amma qəbul etməyə, yaxud qəbul edə, amma yeməyə...”. (“Qurbul-əsnad”, səh. 74)
Yenə buyurur: “Hər vaxt müsəlman qardaşınızın yanına getdiniz və o sizi yeməyə, ya içməyə dəvət etdi, yeyin və için və ondan soruşmayın”. (“Camiul-səğir”, c.1, səh. 91)

5. Dəvətsiz yemək yeməmək
Rəsuli-əkrəm (s) İmam Əliyə (ə) buyurur: “Səkkiz qrup əgər təhqir olunsa, özündən başqa heç kimi danlamasın: onlardan biri də dəvətsiz süfrə başında oturandır...”. (“Xisal”, səh. 410)

6. Tərəvəzdən faydalanmaq
Bir hədisdə gəlmişdir ki, süfrənizi tərəvəzlə yaşıllaşdırın. Çünki “Bismillah” deyərək tərəvəz yemək şeytanı uzaqlaşdırır”. (“Məkarumul-əxlaq”, səh. 176)
İmam Riza (ə) buyurur: “Mən tərəvəz olmayan süfrədən yemirəm”. (“Məkarumul-əxlaq”, səh. 176)


5222 بازدید
در حال ارسال اطلاعات...