Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2016

Övladı gözəlləşdirən, qəlbə eşq gətirən, dərini gözəlləşdirən meyvə

Həzrət Peyğəmbər (s) buyurur: Hamilə qadınlarınıza heyva verin ki, övladlarınız gözəl olsun.
Həzrət Peyğəmbər (s) buyurur: Heyva yeyin, onu bir-birinizə hədiyyə verin.
Heyva gözü işıqlandırır, qəlbə eşq gətirir.
Hamilə qadınlarınıza heyva verin ki, övladlarınız gözəl olsun.

Həzrət (s) buyurur: Peyğəmbərlərdən (ə) heyva ətiri gəlir. Hurilərin qoxusu iskəncəbin (bal) qoxusudur. Mələklərin ətri qızıl gül ətiridir. Qızım Fatimədən (s) heyva, isgəncəbin, qızıl gül ətiri gəlir. Allah hansı peyğəmbəri göndərdisə o peyğəmbərdə heyva ətiri var idi. Heyva yeyin, övladlarınızın gözəl olması üçün hamilə qadınlarınıza heyva yedirdin...

Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurur: Ey Əli (ə)! Kim üç gün ac qarına heyva yesə, zehini paklanar, sinəsi elmlə dolar, dözümlü olar, şeytan və şeytansifətlərin hiyləsindən amanda qalar.

Heyvanı ac qarına yeyin.
Heyva sinənin istiliyini aradan qaldırır.

Həzrət Əli (ə) buyurur: Bir gün Peyğəmbərin (s) əlində heyva var idi. Heyvadan mənə də verdi və buyurdu: Ey Əli (ə) heyva ye, bu Allahın mənə və sənə hədiyyəsidir. Mən ehyva yeməklə bütün ləzzətləri dadmışam.
Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə heyva verib buyurur: Heyva ye, heyva dərinin rəngini gözəlləşdirir, övlada gözəllik verir.
Həzrət (s) buyurur: Heyva yeyin, heyva yaddaşı və zehini gücləndirir, sinədəki ağrını aparır, övladın gözəlliyinə səbəb olur.

Bir gün Təlhə Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəbər (s) əlindəki heyvanı ona verib buyurdu: Əbu Məhəmməd, heyvanı ye, çünki ürəyi gücləndirir, ruhu paklaşdırır, sinədəki ağırlığı aradan qaldırır.
Həzrət Peyğəmbər (s) buyurur: Ürəyinizdə ağırlıq hiss edəndə heyva yeyin.
Heyva sinədəki ağırlığı götürür.


8422 بازدید
در حال ارسال اطلاعات...