Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2017

FƏQİRLƏRLƏ DOSTLUQ

“Allah üçün olan məhəbbət elə fəqirlərə məhəbbətdir.”
Merac hədisində oxuyuruq: “Ey Məhəmməd, ilahi məhəbbət həmin fəqirlərə məhəbbət və onlarla ünsiyyətdir.” 
Peyğəmbər sual verdi: “Fəqirlər kimlərdir?” Allah-təala buyurur: “Fəqir o kəsdir ki, aza qane olur, aclığa səbr, xoş hala şükr edir. Onlar aclıq və susuzluqdan şikayətlənmir, heç vaxt yalan danışmır, Allaha qarşı qəzəblənmirlər. Onlar əllərindən bir şey çıxdıqda kədərlənmir, əllərinə bir şey gəldikdə sevinmir, ey Məhəmməd, Mənə məhəbbət fəqirlərə məhəbbətdir. Fəqirlərlə yoldaş ol və sərvətlilərlə yoldaşlıqdan çəkin. Fəqirlər mənim dostlarımdır.” Hədisin ərəbi mətninin ilk cümləsini iki cür anlamaq olar: “Allaha məhəbbət elə fəqirlərə məhəbbətdir” və ya “Allah üçün olan məhəbbət elə fəqirlərə məhəbbətdir.”


2622 بازدید
در حال ارسال اطلاعات...