Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2017

ÖVLADIN İSLAM QAYDA-QANUNLARINA ƏSASƏN TƏRBİYƏSİ

Övladın tərbiyəsində ata və ana hər ikisi məsul olsalar da ananın məsuliyyəti daha çoxdur
İslam dinində ən mühüm vəzifələrdən biri də övladın islami qayda və qanunlar əsasında tərbiyəsidir. Düzgün tərbiyə övladı insani dəyərlərə yönəldən mühüm amildir. Əksinə övladın ümumiyyətlə tərbiyə olunmaması və yaxud düzgün tərbiyə olmaması, onu günaha və pozğunluqlara tərəf çəkir. Bağında yeni ağac əkən bağbanın vəzifəsi ona vaxtlı-vaxtında qulluq edib, lazım olan şəraiti onun üçün yaratmaqdır. Ata-ana da öz övladlarının yaxşı tərbiyə alması üçün bütün vasitələrdən istifadə etməyə çalışmalıdır. Çünki bu işdə səhlənkarlıq və diqqətsizlik övladların pis yollara düşməsi ilə nəticələnə bilər.
Qadının üç mühüm vəzifəsi vardır. “Ərini razı salmaq, evin işlərinə baxmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq». Əgər o, bu üç mühüm vəzifəni düzgün şəkildə yerinə yetirsə, ailə həyatındakı bütün çətinliklər aradan qalxacaq və onlar xoşbəxt bir ailənin üzvü olacaqlar. Ananın bu üç vəzifəni layiqincə yerinə yetirməsi uşağın tərbiyəsinin bünövrəsini təşkil edir. Kişinin də vəzifəsi bu üç mühüm işi yerinə yetirmək üçün əlindən gələn qədər öz həyat yoldaşına kömək etməsidir.
Övladın tərbiyəsində ata və ana hər ikisi məsul olsalar da ananın məsuliyyəti daha çoxdur. Çünki o, övladı ilə daha çox ünsiyyətdədir. Hətta övladı bətnində olarkən belə, onun tərbiyəsində təsirli rolu var. Hər halda həm atanın, həm də ananın övladların tərbiyəsindəki mühüm rolu danılmazdır.

İslam Peyğəmbəri (s) bu barədə buyurur: «Hər bir uşaq doğulan zaman islam fitrətində doğulur. Lakin sonralar ata və anasının təsiri nəticəsində yəhudi və ya məsihi olur». (Nurus-səqəleyn təfsiri, 4-cü cild, 184-cü səh.)

O Həzrət başqa bir hədisdə buyurur: «Allah rəhmət etsin o şəxsə ki, övladı ilə ünsiyyət yaratmaqla və ona təlim-tərbiyə verməklə onun xoşbəxt olmasına kömək edir». (Müstədrəkül-vəsail, 2-ci cild, 627-ci səh.)

Yenə o Həzrət buyurur: «Allahın rəhməti olsun elə ata-anaya ki, övladlarına səadətə çatmaq yolunda kömək edərlər». (Fürui-kafi, 6-cı cild, 48-ci səh.)

İmam Əli (ə) isə buyurur:
«Atanın övlada qarşı vəzifəsi budur ki, onun üçün yaxşı ad qoysun, ona yaxşı tərbiyə versin və ona Quran öyrətsin». (Nəhcül-bəlağə, hikmətli sözlər bölməsi 399-cu səh.)


2495 بازدید
در حال ارسال اطلاعات...