Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2017

Allaha doğru düz yol

Əhli-beyt (ə) Allahın sirati-mustəqimidir
İmam Baqir (ə) buyurur: “Allahın, Onun Özünə doğru aydın və düz yolu, yolçunu Allaha çatdıran yol biz peyğəmbər Əhli-beytiyik.” (“Vəsailul-dəracat”, 62, bab 3, hədis 1; “Biharul-ənvar”, 26-248, bab 5, hədis 19)
Bəli, Əhli-beyt (ə) Allahın sirati-mustəqimidir. Çünki Allahı kamil və əhatəli tanıyan onlardır. Onlar Allahın istəklərindən daha yetərli xəbərdardırlar. İnsan Quranın əsrarəngiz ayələri ilə yanaşı Əhli-beyt (ə) tərəfindən tanıtdırılmış Allahı qəbul etməlidir.
Onların varlığı ilə haqqın bütün istək və göstərişləri anlaşılır. Onların mənəvi qüdrəti və göstərişləri ilə insan Allaha, Allahın razılığına, Allahla yaxınlığa çatır. İstənilən başqa yolla hərəkət edən kəs məqsədə çatmayacaq, yolunu azacaq.
Çox mühüm bir rəvayətdə deyilir: İmam Sadiqdən (ə) sirati-mustəqimin mənası haqqında soruşuldu. İmam (ə) buyurdu: “Sirati-mustəqim Allahı tanımağa aparan yol mənasını bildirir.” Axı bu geniş varlıq aləmində Allahı tanımaq üçün Əhli-beytdən (ə) başqa hansı yol var? Allaha arif Əhli-beyti (ə) boşlasaq, Allahı tanımaq üçün hansı yola üz tutasıyıq?! Öz ilahi maarifləri əsasında Allahı, Qiyaməti, fiqhi, əxlaqı, həqiqətləri insanlara çatdıran Əhli-beytdir (ə). Həqiqətlərə yol tapmaq üçün Əhli-beytə (ə) üz tutmaq insanların işidir. Həqiqi din onlardan öyrənilir. Bir sözlə, Əhli-beyt (ə) vasitəsi ilə əzəmətli mərifət səhnəsinə daxil olmaq mümkündür. Əhli-beytsiz (ə) həyat zülmət, cəhalətdə çabalamaqdır.
İmam Sadiq (ə) sirati-mustəqimlə bağlı rəvayətçiyə izahatında buyurur: “Haqqında danışılan sirat ikidir: dünyadakı sirat və axirətdəki sirat. Dünyadakı sirat imamdır və ona itaət vacibdir. Dünya siratını tanıyıb ona iqtida edən axirətdəki siratdan da keçəcək. Dünyada bu siratı tanımayıb özbaşına qalan axirət siratında büdrəyib cəhənnəm oduna düşəcək. (“Məaniyul-əxbar”, 32)
Bəli, insanın dünya və axirətini təmin edəcək gerçək mərifət və tanışlıq üçün ayə və rəvayətlərə əsasən məsum imamlara, yəni Əhli-beytə (ə) üz tutmaq lazımdır.


2212 بازدید
در حال ارسال اطلاعات...