Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2018

Xaliq Bahadır İslamı söyə bilmədiyi üçün İranı söyür

Xaliq Bahadır kimi insanlar üçün ancaq türk var, vəssalam. İki türk bir-birini qırsa deyəcək ikisi də yaxşı eləyib
"Azadlıq" qəzetində qoca, ağbaş, Xaliq Bahadır adlı bir yazar mövcuddur. Özünü qatı türkçü sayır, İslama nifrət edir, şəriət dövlətinin nəinki əleyhinədir, üstəlik məqaləsində dəfələrlə "qansız-amansız şəriət qanunları" ifadəsini işlədir. Özü də İslamı xristian Anri Massenin kitablarından oxumağa üstünlük verir. Bir məqaləsində İranın "qabırğasına" elə "döşüyür" ki, güya dünyanı idarə edən dünyəvi dövlətlər onun (Bahadır kişinin) başına tac qoyub. İnandırım sizi ki, adam ateizmlə türkçülük, Osmanlı ilə Atatürk arasında başını əməlli-başlı itirib. Bu yazıda tənqid etdiyimiz məqaləsində yazır: "İslam uzman-bilginləri Məhəmmədi daha çox peyğəmbər kimi tanıtmağa çalışırlar, məncə, bu, çox da düzgün yanaşma deyil." Bəlkə də ateistdir.
Kişi "Azadlıq"da "İranda baş verənlər" adlı yazı yazıb. Məqaləsinə elə ötəri göz gəzdirəndə məlum olur ki, vaxtilə rəhmətlik İmam Xomeyni "onlar islamı söyə bilmədikləri üçün İranı söyürlər" deyərkən sanki elə Xaliq Bahadırı nəzərdə tutub. Xaliq Bahadır da bu cür bəsirətli insanın onun qara niyyətini illər əvəvl ifşa etdiyi üçün İranı söyməyə davam edir. (İslamı söysə xalq etiraz edər, dövlət onu həbs edər, gözdən düşər, çıxış etdiyi tribunalarını əldən verər... Belələri çoxdur)
Mən siravi dindar kimi Xaliq Bahadırın qoca yaşında öz yazılarında heç özünün də nə haqda yazdığını bilməməsini qeyd etmək istəyirəm. Adam elə bilir nəsə düz-əməlli bir işlə məşğuldur. Diqqətinə çatdırmaq istəyirəm ki, özünü biabır etməkdən başqa bir işlə məşğul deyil.
Məsələn, adı çəkilən məqaləsində bir neçə nöqtəyə işarə edir:
1. İran dövləti və "qansız-amansız şəriət qanunları": Yəqin ki, edam edilən iranlılara yazığı gəlir. Adam düşünür ki, 21-ci əsrdə nə edam? Amma bilsin ki, ABŞ-ın öz ştatlarında hazırda ölüm hökmü var. İkincisi İranda asılanlar ya terrorçu, ya kiminsə qatili, ya da namus düşmənləridir. Xaliq Bahadırı niyə bu cür ziyanverici insanların ölümü narahat edir?
2. İran diktator imiş, Atatürk demokrat: Adam Atatürkün aşiqidir. Hətta adı çəkilən məqaləsində Atatürkü "böyük Atatürk" adlandırır. Deyir İran rəhbərliyi diktatordur. Yəqin oradakı qadınların örtüyü, açıq-saçıq küçəyə çıxmanın qadağan edilməsi Xaliq Bahadırı narahat edib. Bəs böyük Atatürk nə edib? Hakimiyyətə gələn kimi ruhanilərin baş sarğısı, ruhani geyimi, qadınların çadrasını qadağan etmədimi? Açıq-saçıqlığı Türkiyədə ciddi təbliğ edən Atatürk demokrat, insan haqlarını riayət edəndir, yoxsa küçədə ingilis paltarı ilə dolaşan cavana heç nə deməyən İran? (Atatürkün qadağaları "inkılap" (inqilab – islahat mənasında) adıyla məşhurdur. Bu barədə saysız hesabsız yazılar, kitablar yazılıb) Bundan əlavə "qansız-amansız şəriət qanunlarını" icra edən Osmanlını aradan qaldıran Atatürkün özü ölkədə repressiyalara başladı. İslamdan danışanın atasını yandırırdılar. Xaliq Bahadır gözünü açıb Atatürk haqqında yaxşı oxusun.
3. İran fars şovnizmidir, bəs Xaliq Bahadır? Deyir İranda fars şovnizmi mövcuddur. Siz Allah bu cümləyə fikir verin: "O çağırışların hamısını 38 illik geriçi, şovinist, şəriət qanunlarına bağlı qansız-amansız rejim gerçəkləri doğurur." İndi isə bu cümləyə baxın: "50 milyonluq bir xalqın 40 milyonu özünə TÜRK deyirkən… qalan 10 milyonu özünə “azərbaycanlı” deyir. O 10 milyonu 40 milyonla birləşdirib TÜRKLƏŞDİRƏCƏK üç başlıca faktor var" Son cümlə onun "Dilimiz-diriliyimiz"cızma-qarasındandır. Məgər, bu sözlər bir şovnistin dilindən çıxmırmı? Yoxsa sən özünü türk, millətsevən hesab edərkən hamıdan özünü ağıllı və zirək hesab edirsən? Şovnistin yekəsi sən deyilsənmi? Yəni sən farsı "şovnist" adlandırıb türkləri "dağ başına" qoyarkən şovnistlik etmiş olmursanmı?
4. İranda islamçılar qeyri islamçıları kənara atdı: Deyir İranda islamçılar inqilab edib öz silahdaşları olan qeyri islamçıları kənara atdı: "Şahlığın devrilməsində başlıca rol oynamış Azərbaycan Türklərinə yeni Konstitusiya (islam konstitusiyası) ilə veriləsi ÖZƏRK (muxtariyət) hüququ da verilmədi. Şahlığın devrilməsində başlıca rol oynamış Azərbaycan Türkləri – ayətullah Şəriətmədari, sənayeçi Mehdi Bazərqan, eləcə də bir çox başqaları çox keçmədən neytrallaşdırıldılar, aradan götürüldülər. Bundan başqa, şahlıq rejiminin devrilməsində önəmli rol oynamış komunistlər, qabaqcıl görüşlü aydınlar öldürüldü, ölkədən qaçaq salındı. Ölkə şəriət qanunlarına büründü." Anlamır ki, zatən o inqilabı şəritəçilər (ruhanilər) etmişdi. İnqilabdan əvvəlki və sonrakı şəkillərə, videolentlərə baxanda bu açıqca görünmürmü? Üstəlik, ölkədə referendum keçirildi və xalqın 90 faizindən çoxu İslam Respublikasını seçdi. Demokratiya deyirsən, bəs niyə xalqın rəyinə hörmət qoymursan?
5. Xaliq Bahadır kimi insanlar üçün ancaq türk var, vəssalam. İki türk bir-birini qırsa deyəcək ikisi də yaxşı eləyib. Məsələn, Osmanlını yaman öyür, mədh edir, əzizləyir, bağrına basır, digər tərəfdən Osmanlı xanədanını hərbi çevrilişlə aradan götürən Mustafa Kamal Atatürkü də öyür. Çünki Xaliq Bahadır kimi şovnistlər üçün türkün (Atatürkün) kimə (Osmanlıya) güc göstərməsi mühim deyil, əsas odur türkdür.
6. İran Azərbaycan düşməni erməniyə kömək edir, bəs Atatürk?
Deyir İran Qarabağı işğal edən Ermənistanın dostudur!!! Zavallı qoca ahıl yaşında görün özünü necə rüsvay edib. 14 sentyabr 2016-cı ildə "Assanevs" saytına müsahibə verərkən belə deyib: "Türkiyə qoşunlarını Azərbaycana ADR hökuməti çağırmışdı. Onlar gəlib bizə arxa durdular. Onlar bizi ölümdən, yox olmaqdan qurtardılar... Türkiyə belə ağır durumda ola-ola Azərbaycana qoşun göndərib erməni vəhşiliklərinin qarşısını aldı. Biz, bir dövlət olaraq, bu faktı hələ də gərəyincə dəyərləndirməmişik." Əgər belədirsə onda Xaliq Bahadır Osmanlı imperiyasını, səltənəti aradan qaldıran Atatürkə nifrət etməli idi. Üstəlik, Osmanlı Azərbaycanı xilas etməyə gələrkən, Atatürk eyni əqidəni paylaşdığı Lenindən ya qorxaraq, ya ona hörmət edərək Azərbaycanın işğalına göz yumdu. Bu xəyanət deyilmi? Xəyanətkarı öyərkən Bahadır kişi ondan betər xain olmurmu?
7. İrana gələndə "erməninin dostu" olur, türkə gələndə "qəlbi geniş türk"? "Assanevs" saytındakı məlum müsahibəsində deyir: " Türklər tarix boyu güclü olub, güclü imperiyaları olub. Ermənilər də türkün ürək genişliyinə görə bu imperiyaların içərisində çox yaxşı yaşayıblar." Aha, deməli, fars (İran) Ermənistanla əlaqələr qurarkən pis olur, amma türk imperatorları ermənilərə qucaq açanda, dövləti onların ixtiyarına verəndə bu "ürəyi açıqlılıq", "qəlbi genişlilik" anlamına gəlməlidir. Halbuki hazırkı İranda Ali Dini Lider də türkdür, yüksək postları tutanların bir çoxu da. Bir dənə erməni tapa bilərsinizmi İran dövlətində? Desə ki, İran İslamdır, ədalətli olmalıdır, bəs türk ədalətli olmalı deyil? Yaxşı, əgər ermənilər türk dünyasının ən güclü dövləti olan Osmanlının hakim postlarına yiyələnəcək qədər güclüdürsə, İran nə etsin? Harada idi türklərin vəhdəti?


776 بازدید
در حال ارسال اطلاعات...