Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

Zalım hakimlər qarşısında qorxu və biçarəlik

Bir sözlə, günahın böyük fəsadları var və onlardan biri də təslimçiliyə vərdişdir
İtaətsizlik və tüğyan insanla bir doğulub. Psixoloji baxımdan insan malik olduğu tüğyan gücünü özündən üstün qüdrət qarşısında işə salmaq əzmindədir. Əgər o Allaha qarşı etiraz mövqeyində dayansa, bir növ tüğyan yükünü boşaltmış olur, zalım hakimlər qarşısında təslim olub çarəsiz vəziyyətdə qalır. Olsun ki, Yunis ibn Yəqubdan nəql olunmuş rəvayətdə uyğun psixoloji duruma işarə olunmuşdur:
Yunis ibn Yaqub imam Sadiqin (ə) dilindən belə nəql edir: “Sizlərdən hansı biriniz zalım hakimdən çox qorxarsa, bilsin ki, bunun səbəbi onun günahıdır. Bacardıqca günahdan uzaqlaşsın və onu davam etdirməsin (bu yolla zalım hakimin boyunduruğundan azad olar).” (Bihar, 73-cü cild, səh.342.)

Bir sözlə, günahın böyük fəsadları var və onlardan biri də təslimçiliyə vərdişdir. Allah-təala buyurur: “İnsanların günahı səbəbindən səhra və dəryada fəsad yaranmışdır.” İmam Sadiq (ə) uyğun ayənin izahında buyurur: “Dəniz heyvanları yağış suyunun bərəkəti ilə yaşayır. Yağış azaldıqda dənizdə və səhrada fəsad yaranır. Bunun səbəbi isə insanların günaha çox yol verməsidir.” (Bihar, 73-cü cild, səh.341.)


959 بازدید
در حال ارسال اطلاعات...