Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2018

Fazil Mustafa qorxusu və Fətullah qoxusu

Adama deyərlər a kişi, sən nə vaxtdan dindən kitab yazan olmusan? Sən nə yatdın ki, nə də yuxu görəsən?
Hər işə burnunu soxan, bircə millətə vəkilliklə məşğul ola bilməyən Fazil Mustafa sən demə kitab yazıb. Kitabın adı da "İslam qorxusu və müsəlman qoxusudur" Məqalənin başlığını bilərəkdən bu cür qoydum ki, bəlkə Fazil oxuyub bir qədər düşünə. Təbii ki, Fazil Mustafanın dindən qandığı qrafa yoxdur. "Kitabına" özü bilərəkdən elə ad qoyub ki, qoy desinlər kişi İslamdan yazır. Onun cızma-qarası oxucu auditoriyasını özünə cəlb etmək naminə səviyyəsiz məqalə və xəbərlərə şok yaradan adlar qoyan insanların yazılarına bənzəyir. Məsələ aydın olsun deyə kiçik bir misal çəkək; Fərz edin ki, bir nəfər Fazil Mustafa haqqında müsahibə verib və müsahibəsində "Fazil Qəzənfəroğlu balaca adam deyil" ifadəsini işlədib. Oxucusu az olan, müştəri tuta bilməyən, pul qazanmaq istəyən qəzetçilər, saytçılar götürüb kişinin sözünü təhrif edib "balaca" sözünü kontekstdən çıxarıblar. Nəticədə gülməli cümlə alınıb: "Fazil Qəzənfəroğlu adam deyil" Camaat da elə bilib ki, yazıq müsahib Fazil Mustafanın bir vaxtlar Heydər Əliyev haqqında "Müsavat" qəzetində "mənə sübut edin ki, Heydər Əliyev adamdır" sözünü dilə gətirməsinə əvəz olaraq nəsə yazıb. Həvəslə yazını açıb oxuyan görür ki, əslində vəziyyət tam başqadır. İndi Qəzənfəroğlunun cızma-qarası da bu qəbildəndir.
Adama deyərlər a kişi, sən nə vaxtdan dindən kitab yazan olmusan? Sən nə yatdın ki, nə də yuxu görəsən? (Amma ikinci sual yersiz kimi görünür, çünki onun yazdıqları elə olsa-olsa gördüyü yuxulardan ibarət olar)
Fazil Mustafa Elşad Miriyə qoşulub "Bəxtiyar" filmindəki "Hüseynova bacılarını" xatırladırlar. Fətullah Gülən bu ikisini vaxtında ələ ala bilmişdi. Bəlkə də Türkiyədəki məlum çevriliş cəhdləri olmasaydı Fazil Mustafa Azərbaycanda din sahəsində daha da şöhrət tapacaqdı. Elə Elşad Miri də. Əlbəttə ilahiyyatçı kimi yox, ən azından Harun Yəhya kimi göbək rəqsi oynayan qızlarla "Müasir İslam" kitabını yazmağa başlayacaqdılar. Fətullah Gülən Elşad Mirini siyasətə alət etmək istəyəndə Elşad ondan qırıldı, amma Fazil Mustafadan yaxşı "Harun Yəhya" düzəltmək olardı.
Bəs görəsən FETÖ hocasının kitabı nədən ibarətdir? Dövri-mətbuatda, güya elmi dərgilərdə, tində-dalanda, səkidə oturmaq üçün alta qoyulan qəzet parçalarında çap edilən məqalələrini kişi kitab halına salıb. Əlbəttə onun cızma-qarasına verilən pul israfdan başqa bir şey deyil, amma oxucu onun kitabında olanlardan xəbərsizdir. Uzaq başı kitabın "mündəricatı" bunlardan ibarətdir;

- siyğədən doğulanlar

- Şah İsmayıl bizə lazımdırmı?

- İran və onun ölkəmizdəki agentləri

- Ənənəvi İslamdan necə qurtulaq?

- İran tezliklə çökəcək

Gördüyünüz kimi FETÖ hocasının cızma-qarası bundan artıq bir şey deyil. Bu kitab İlham Əliyevdən qorxan, qorxudan cınqırını çıxartmayan, siyasi əqidəsini, mollası Fətullah Güləni, ideallarını bir "kresloya" satan bir insanın elədiyi cızma-qaradır ki, xalis Fətullah Gülən qoxusu verir. Siz elə düşünməyin ha Fazil Mustafa qorxmur, o Heydər Əliyev haqda "mənə sübut edin ki, Heydər Əliyev adamdır" deyən şəxsdir. Yox, məsələ bu cür deyil. Məsələ bundan ibarətdir ki, Heydər Əliyev özü bu cür adamlara dəymirdi. Çünki Fazil Mustafaların, Arifoğluların o vaxtlar çığır-bağır salmasından – sonradan məlum olduğu kimi – ata Əliyev öz hakimiyyəti üçün istifadə edirdi. Dünya da görürdü ki, Azərbaycanda demokratiya var. Vətəndaş prezidenti adam yerinə qoymur, amma rahatca azadlıqda kef edir özü üçün. Amma İlham Əliyev elə deyil, onun hakimiyyəti illərində haqdan danışanı atırlar həbsə.
Fazil Mustafa isə çox gecikib. Bu kitabı yenə də Fətullah Gülənin sağlığında (o indi ölü kimi bir şeydir) yazsaydı, yenə ondan bir şey düzəltmək olardı. İndi faydası yoxdur. Kim inanacaq?
Biz Qəzənfəroğlunun "kitabını" (kitablardan dönə-dönə üzür istəyirik) "mübarək elədik", siz də buyurub həmin kitabın vərəqlərindən qışda soba yandırmaq, yayda səkidə oturmaq üçün altınıza qoymaq, içinə "semiçka" tökmək üçün istifadə edə bilərsiniz. Onsuz da o kitabda FETÖ-Fazil İslamından bəhs edilib.


1545 بازدید
در حال ارسال اطلاعات...