Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2018

QƏFLƏTİN ARADAN QALDIRILMASI

Agah ol ki, nəyin varsa Ondandır...
İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı

Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada, günaha, zülm-sitəmə, istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir. Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mənəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə, bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa, kimsəyə zülm etməz, savaş və tüğyan fikrinə düşməz. Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: “Agah ol ki, nəyin varsa Ondandır və Ona doğrudur.”


1499 بازدید
در حال ارسال اطلاعات...