Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2018

Həzrət Zəhranın (s.ə) əxlaqi səciyyələri

Heyrətamiz şəxsiyyətə malik olan bu xanım əhatəli müqəddəsliyə malikdir.
Bəzən insanlar özündən sonra heç bir iz qoymur, ad-sansız dünyasını dəyişir. Bəzən isə fərqli həyat tərzi yaşayanlar öləndən sonra unudulur. Amma bir zümrə insanlar həyatları boyu iz qoyurlar. Belələrinin tarixi varlığı üç növ ola bilər: maddi-eyni tarixi vücud, feli-rəftari tarixi vücud, nəzəri tarixi vücud.
Maddi tarixi vücud müxtəlif şəkillərdə gerçəkləşir. İnsan dünyasını dəyişdikdən sonra onun nəsli, məzarı, sənətkarlıq əsərləri qalır. Feli-rəftarı tarixi vücud insandan sonra qalan adət və rəftarlar olur. Dini ədəbiyyatda bu sayaq ənənələr “sünnə” adlanır. Nəzəri tarixi vücud insandan sonra onun əqidəsinin yaşamasıdır. Belə ki, o dünyasını dəyişdikdən sonra onun düşüncə və baxışları özündən sonrakılara təsir edir. Bəli, bəziləri bu yönümlərdən birində, bəziləri isə hər üç yönümdə təsirli olur. Xanım Zəhra (s.ə) hər üç yönümdə öz şəxsiyyətini təsdiqləmişdir:

1. Maddi yönüm
Bu xanımın özündən sonra təqribən əlli milyon övladı dünyaya gəlmişdir. Onlar arasında məsum imamlar, saleh insanlar var. Tarixdə elə bir qadın yoxdur ki, ondan sonra bu sayaq nəsil qalmış olsun.
Xanım Zəhra (s.ə) məzarı baxımından da qeyri-adi məqama malikdir. Sədi, Hafiz, Əbu Əli sina, Şah Cahan, Nur Cahan öz məzarları ilə də tanınmaqdadırlar. Xanım Zəhranın (s.ə) məzarı məlum olmadığı halda bu yönümdən insanların diqqət mərkəzindədir.
Xanım Zəhranın (s.ə) maddi zühuru olduqca əhatəlidir. Belə ki, Fatimilər xanım Fatimənin adına Afrikada hökumət qurdular. Nasir Xosrov Ərəbinin “Fatimiyəm, Fatimiyəm, Fatimi” şüarı həmin maddi hüzurun göstəricilərindəndir. Ustad Mahmud Əqqad “Fatimə və Fatimilər” adlı kitabında Fatimilər dövləti haqqında danışır. Sünnə əhlinin ən böyük elmi mərkəzi olan Əl-əzhər Misir Fatimiləri tərəfindən xanım Zəhranın (s.ə) xatirəsinə təsis olunmuşdur. 

2. Nəzəri yönüm
Nəzəri baxımdan da xanım Fatimənin özünə (s.ə) məxsus məqamı vardır. Bu yönüm iki baxımdan diqqəti cəlb edir: Əvvəla xanım Zəhradan (s.ə) böyük bir maarif miras qalmışdır. Digər bir tərəfdən xanım Fatimənin elmi yönümü ilə bağlı araşdırmalar sərhəd tanımır. Bu maarif zaman və məkanın fövqündədir. Xanımın əzəməti istənilən bir vaxtda, istənilən bir yerdə, istənilən bir məzhəb nümayəndəsinin düşüncəsini təsiri altına alır.
“Fatimətuz-Zəhra” kitabının müəllifi (Əli Məhəmməd Əli) müxtəlif məzhəb alimləri tərəfindən tərtib olunmuş 44 əlyazma kitabın adını qeyd edir. Bundan əlavə, xanımın şəxsiyyəti ilə bağlı çapdan çıxmış 29 kitab adı sadalanır. “Fatimətuz-Zəhra” kitabı miladi 1980-ci ildə çapdan çıxmışdır. Həmin vaxtdan bu günədək xanım Fatimənin şəxsiyyəti ilə bağlı saysız-hesabsız kitablar nəşr olunmuşdur. Müəllif öz kitabında xanım Fatimənin (s.ə) şəxsiyyətindən danışan üç yüz mənbənin adını qeyd edir.
Hicri-qəməri 1387-ci ildə Nəcəfdəki “Əl-elminul-ammə” kitabxanası xanım Fatimə (s.ə) haqqında yazılmış ən yaxşı üç kitab üçün mükafat təyin etdi. Bu müsabiqəyə on dörd kitab təqdim olunmuşdu. Birinci mükafat livanlı məsihi yazıçı Süleyman Kətaniyə verildi. İkinci mükafatı Əbdüz-Zəhra Osman Məhəmməd, üçüncü mükafatı Fazil Milani Hüseyni almışdır.
Bu məqamda fransız şərqşünası Karluye Masinyonun adını çəkmək lazım gəlir. Bu şəxs xanım haqqında milyonlarla qeyd götürərək uyğun mövzuda ən böyük əsəri yazmaq qərarına gəlmişdir. Onun ölümündən sonra Lyuqarde və bir neçə başqa fransız mütəxəssisi müəllifin qeydləri əsasında kitab tərtib etmişlər. Fransız alimləri arasında xanım Zəhra (s.ə) ilə bağlı mühüm kitablardan biri professor Hanri Qarbona məxsusdur. Alim öz kitabında xanım Fatimənin (s.ə) həyatını dəqiqliklə izləyərək danışır.
Xanım Zəhranın (s.ə) mirasları haqqında çox söz var. Əlbəttə ki o olduqca qısa ömür yaşamasaydı, bəşəriyyət üçün daha böyük miras qoyardı. Xanım cəmi on səkkiz il yaşamasına baxmayaraq özündən sonra üçün böyük iz qoymuşdur.
Sünnə əhlinə məxsus “Məsnədi-Fatimətuz-Zəhra” mənbəsi həm həcm, həm də məzmun baxımından ən üstün sünni mənbələrindəndir.

3. Feli yönüm
Xanım Zəhranın (s.ə.) feli-rəftarı yönümü insanı heyrətə gətirir! On səkkiz illik ömür yaşamış bu xanım bütün prizmalardan misilsiz nümunə olmuşdur. İmam Mehdi (əc.) onun haqqında buyurur: “Rəsulullahın qızı mənim üçün gözəl nümunədir.”
İnsan fenomenini araşdıranların dilində “əsas şəxsiyyət” adlı bir termin var. Bu şəxsiyyətə malik olan insan fərdi məhdudiyyətlərin fövqündə dayanır. Xanım Zəhra (s.ə.) məhz bu məhdudiyyətləri aşaraq mütləq nümunəyə çevrilmişdir.
Sosioloqlar deyir: Üçüncü dünyada gəncliyin böhranlı vəziyyətinin kökü idealın olmamasıdır. Belə bir məqamda xanım Zəhra (s.ə.) qurtuluş yoludur. Heyrətamiz şəxsiyyətə malik olan bu xanım əhatəli müqəddəsliyə malikdir.


586 بازدید
در حال ارسال اطلاعات...