Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2018

DÖVLƏT MƏMURLARININ SEÇİMİNDƏ LƏYAQƏT MEYARI

Həzrət Əlinin (ə) nəzərincə, rəhbərliyə o şəxs layiqdir ki, öz işində yalnız ədalət və haqqın bərpası barədə düşünür.
İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı

Nümunəvi İslam cəmiyyətində ədalət, bərabərlik, ayrı seçkilikdən uzaqlıq, günün təbirincə partiya mənsubunun nəzərə alınmaması, şəxsi meyllərə əsaslanmamaq cəmiyyət və hökumətin əsas və mühüm prinsiplərindəndir. Başqa sözlə, qeyri-islami cəmiyyətdə məqam və vəzifələrin bölgüsündə dəstəbazlıq və xüsusi münasibətlər nə qədər çox rol oynayırsa, İslam cəmiyyətində bunun əksinədir. Çünki İslam dinində şəxsi rabitə və meyllər yox, ləyaqət və qanun hakimdir. İslami ədalət prinsipi tələb edir ki, məqam və vəzifələr bölüşdürülərkən fərdlərin insani və İslami imtiyazları əsas götürülsün. Hər bir insan öz ləyaqəti, mütəxəssisliyi və təqvası əsasında vəzifə tutmalıdır. Həzrət Əlinin (ə) nəzərincə, rəhbərliyə o şəxs layiqdir ki, öz işində yalnız ədalət və haqqın bərpası barədə düşünür. Fərdlərin xüsusiyyət və imtiyazları nəzərə alınmadan onlar sınağa çəkilmədən kimsə dövlət məmurluğuna seçilmir. Bu əsasla həzrət Əli (ə) Malik və bütün digər İslam rəhbərlərindən istəyir ki, məmur seçərkən yalnız İslam meyarları əsas götürülsün, şəxsi meyllərə, dəstəbazlığa, xüsusi münasibətlərə istinad edilməsin.


1454 بازدید
در حال ارسال اطلاعات...