Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2018

Ayətullah Xameneinin səcdəsinə kor olub firona səcdə edənlərə

Axar saytı indiyədək kor olub, indi gözləri açılıb, açılan kimi də fironları olan ABŞ, İsrailin qabağında səcdə etməyə başlayıb
Fitnə dolu yazıları axarlı olan axar saytı bir daha öz alçaqlığını ortaya qoyub. "Xamenei namazda niyə səcdəyə getmir? – Qalmaqallı foto" başlıqlı xəbər paylaşıblar. Fotoda camaat namazı qılınır, hamı səcdədədir, Xamenei ağa və keçmiş prezident Əhmədinejad isə səcdədən qalxmış vəziyyətdədir. Məlum məsələdir ki, axar saytı da bir çox saytlar kimi özünə reytinq qazanmaq üçün bu cür paylaşımlar edir. Şəxsən mən özüm də düşündüm ki, görəsən cənab Ali Dini Liderin vəziyyəti ağır olduğu üçünmü bu cür edib (çünki çətin vəziyyətlərdə namazı müxtəlif vəziyyətdə qılmaq şərən düzgündür). Axar saytının hiyləsinə aldanıb xəbərə daxil oldum. İndi görün mənim kimi nə qədər insan bunlara inanıb xəbərə daxil olub. Nəticədə baxış sayını bu cür çoxaldırlar.
Yadıma deputat seçkilərinin təşviqat kompaniyasında ona hücumlar edən Etibar Hüseynovu nəzərdə tutaraq hakimiyyət adamlarına İsa Qəmbərin "görün nə gündəsiz, kimlərin ümidinə qalmısız" deməsi düşdü. Doğrudan da görün İsrailin, ABŞ-ın ölkəmizdəki səfirləri kimlərin ümidinə qalıb. Kəramət Böyükçöl kimi ailə (ata-ana ilə) söhbətlərini məqaləyə töküb eyni saytda dərc edən, Ömər Xəyyama özünü bənzədib amma İtbaz Ömər adına layiq görülən insanların ümidinə qalıb. Doğrudur, Ayətullah Xamenei elə insandır ki, eynəyini çıxarıb baxsa bir cür, eynəyini taxıb baxsa başqa cür dünya mediyası bu hərəkətə şərh verməyə başlayır. Amma bu qədər düşüklük nəyə lazımdır? Özü də xəbərin əvvəlində yazıblar ki, Peyğəmbər (s) namazlarını bütün rüknları, hissələri ilə qılardı. Bu adamlar anlamayıblar ki, Ayətullah Xamenei ali dini rütbə olan ictihad dərəcəsinə çatmış insandır, onun dünyada sayı hesabı olmayan müqəllidləri vardır. Bu müqəllidlər namazı xəstə halında, səcdəyə gedə bilmədikdə, oturaq halda və s. vəziyyətlərdə necə qılmaq lazım gəldiyini məhz öz müctəhidi olan Ayətullah Xameneidən soruşurlar. Belə bir insan indi bilmirmi necə namaz qılacaq? Lap tutaq ki, bunları bilmirsiz, onu da bilmirsiz ki, camaat namazına imamlıq edən şəxs namazın əməllərini icra etmədən ona iqtida edənlər ondan qabağa keçə bilməz? Bilmirsiz ki, səcdədən birinci imam-camaat qalxmalıdır, sonra iqtida edənlər? Utanmazcasına xəbərin sonunda belə bir cümlə yazıblar: "İddialara görə, İran qanunlarına əsasən, İranin ali dini lideri Allahın cismi ayələri olduğuna, Əhmədnejad isə foto çəkilən zaman dövlət başçısı olduğuna görə səcdəyə əyilməyiblər." Çox gülməlidir doğrudan da. Dünya müsəlmanları Ayətullah Xameneinin səcdəsinə aşiq olduqları halda bunlar cənab rəhbəri görün nədə ittiham edirlər. Cənab rəhbər illərdir camaat namazı qılır, saqqalı camaat namazlarında ağarıb, bu insanlar indiyədək kor olublar, indi gözləri açılıb, açılan kimi də fironları olan ABŞ, İsrailin qabağında səcdə etməyə başlayıblar. Dünyada nə qədər prezident var ki, onların alnı bir dəfə bəlkə möhürə dəyməyib, nə üçün onların prezident olduğu üçün Allaha səcdə etməyi özlərinə sığışdırmadıqlarından yazmırsız? Yoxsa İsrial icazə vermir?


387 بازدید
در حال ارسال اطلاعات...