Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2018

Yeni doğulmuş körpə nə dərəcədə görmək, eşitmək və hiss etmək gücünə malikdir?

O, ən kiçik hərəkəti belə nəzərdən qaçırmır
Doktor Li Salk cavab verir

Mütaliə və müşahidələrdən aydın olur ki, yeni doğulmuş körpə görür, eşidir, diqqət yetirir, hərəkətdə olan obyektləri seçir. Onun görmə, eşitmə, dadma, toxunma qoxulama kimi hiss üzvləri fəaliyyət göstərir. Doğulmuş körpə 48 saatdan sonra gözləri ilə ətrafdakı hərəkətləri izləməyə başlayır. O, ağ-qara rənglərə nisbətən açıq rənglərə daha çox üstünlük verir. Reaksiyalar təsadüfi xarakter daşımır. Körpə ananın hərəkət ritmini digərlərinin hərəkət ritmindən seçir. Şəxsi müşahidələrimdən bu nəticəyə gəlmişəm ki, təzə doğulmuş körpələrin saxlandığı otaqda hər hansı bir səs, xüsusi ilə təbii ürək döyüntüsü səsi onların az ağlamasına səbəb olur. Uşaqda asanlıqla müşahidə olunan xüsusiyyətlərdən biri onun təkrar hərəkətləri yadda saxlamasıdır. O, müxtəlif hərəkətlərə fərqli reaksiya göstərir, təkrar etdiyi hərəkətlərə vərdiş edir. O, ən kiçik hərəkəti belə nəzərdən qaçırmır. Araşdırmalardan məlum olur ki, körpə şəraitə tez uyğunlaşır və tez də yorulub yeni şərait tələb edir. Onun müxtəlif hərəkətləri fərqləndirməsi göz qabağındadır. Bu müşahidələr onu da göstərir ki, yeni doğulmuş körpə yaddaşa malikdir. Xoşbəxtlikdən hamı bilir ki, hiss üzvlərinin hərəkətə gəlməsi və bunun nəticəsində əsəb sisteminin oyanması körpənin gələcək əhatə dairəsini genişləndirir.


667 بازدید
در حال ارسال اطلاعات...