Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

Millətpərəstliyi kənara qoyub obyektiv danışaq, İran bizim üçün...

İraqa yardım edən Sovet höküməti, Amerika, Avropa ölkələri kimi süpergüclərin qarşısında "Allah" deyib dayanan bir xalqdan nümunə götürmürüksə...
Hər nə qədər obyektiv yazmağa çalışırıqsa bəzilərinin gözündə iranpərəst kimi qalmağa davam edirik. Azərbaycan əhalisinin əksəriyyəti türklərdən ibarət olduğu üçün İran haqqında hər növ xoş söz deyilməsinə təhəmmül edə bilmirlər. Başlayırlar dindarları iranpərəst, İran agenti olmaqda suçlamağa. Hər şey bir qırağa, bir anlıq türkçülüyü, millətpərəstliyi, pantürkizmi qırağa qoyub obyektiv, kişi kimi, səmimi, kənar qüvvələrə aldanmadan düşünək. Yəni İran İslam Respublikasının siyasətində, idarəçiliyində, hərbisində, dövlətçiliyinə, qanununda bizim üçün nümunə və ibrət olacaq ən xırda bir məsələ də yoxdurmu? Baxın bir faktı əziz oxucuların diqqətinə çatdırmaq istərdim. Bir xalq, dövlət, millət, hətta hansısa kiçik müəssisə belə inkişaf etmək üçün digərlərində olan müsbət keyfiyyətləri əxz eləməli və digərlərinin təcrübələrindən istifadə etməlidir. Bu birmənalı olaraq hamı tərəfindən qəbul edilən, məqbul bir məsələdir. Bu gün İranın heç olmasa düşmən qarşısındakı dirənişi, müqaviməti şəxsən Azərbaycan xalqına bir nümunə olmalıdır. Tam səmimi deyəsi olsaq İran İslam Respublikası bir mənada həm yerli müxalifətə, həm də iqtidara bariz nümunədir. Müxalifətə ona görə nümunədir ki, məhz İran xalqının zalım və müstəbid şah rejimi qarşısında göstərdiyi dirəniş və cəsarət nəticəsində zalım şah dincəlmək məqsədiylə ölkədən çıxdı və bir daha geri qayıtmadı. Bu gün əgər müxalifət ölkədə zülmün, istibdadın baş alıb getməsindən şikayətlənirsə bu işdə zalım rejimləri tarixin zibilliklərinə gömən xalqlardan, ideologiyalardan, o cümlədən İran xalqındna ibrət almalıdır. İqtidara isə ona görə sərf edir ki, əgər iqtidar dairələri işğal olunmuş torpaqları geri qaytarmaq istəyirsə İran İslam Respublikasının 8 illik İraqla (dünyayla desək yalan olmaz) olan müharibəsindən ibrət almalıdır. Təbii Qarabağ məsələsi təkcə iqtidarın problemi deyil, bütöv bir xalqın yaralı yeridir. İraqın devrilmiş prezidenti müsahibələrində bir neçə aydan sonra Tehrandan müsahibə verəcəyini vəd edirdi. Amma bu gün Səddam tarixin zibilliklərinə gömüldüyü bir vaxtda İslam Respublikası özünün 39-cu ildönümünü qeyd etdi. Bir daha qeyd edirik ki, burada türkçülüyü bir anlıq kənara qoymalıyıq. Çünki şovnizm düşmənin məkrli planının bir hissəsidir ki, müsəlman xalqların arasında təbliğ edib onları millətlərə bölür, türkü farsa, farsı türkə düşmən edir.
Bu yaxınlarda ictimaiyyətdə tanınmış simalardan biri məqaləsində yazmışdı ki, Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistanın hərbi naziri öz xalqı üçün nümunəvi liderdirlər. Niyə? Çünki hər ikisi Qarabağ müharibələrində şəxsən iştirak ediblər. Onun bu cümlələri ictimaiyyət tərəfindən heç də pis qarşılanmamışdı. Çünki doğrudan da özünü mübarizəyə həsr edən insanlar öz xalqları üçün nümunəvi insanlara çevrilir. Bir başqa məqalə müəllifi qeyd etmişdi ki, Ermənistandakı demokratiya, söz azadlığı bizimkindən qat-qat yuxarıdır. Üstəlik prezident seçilənlər səlahiyyət müddəti başa çatan kimi vəzifəsini tərk edir. Amma Azərbaycanda Müdafiə naziri Qarabağ döyüşlərində iştirak etməyib, dövlət başçısının da tərcümeyi-halında hardasa xidmət etdiyi qeyd edilməyib. Üstəlik prezident seçkiləri də şəffaf, demokratik hesab edilmir, xalqda seçkiyə nə ümid nə də həvəs yoxdur. Hazırkı dövlət başçısı da öz postunu tərk etməməkdə israrlıdır. Bu iki məqalə müəlliflərinin fikirləri heç də o zamanlar pis qarşılanmamışdı.
Əgər biz zalım şahı yenicə devirmiş, bir müharibədən tam olaraq çıxmamış dünya gücləriylə ikinci müharibəyə cəlb edilən və bu müharibədə İraqa yardım edən Sovet höküməti, Amerika, Avropa ölkələri kimi süpergüclərin qarşısında "Allah" deyib dayanan bir xalqdan nümunə götürmürüksə bəs hansı xalqı öz mübarizəmizdə nümunə bilməliyik.
Məhz bu günlərdə İran xalqı öz şanlı və ilahi inqilablarının 39-cu ildönümünü qeyd edir. Biz isə hər il bu cür dövlətlərdən ibrət almadıqca 20 yanvarın, xocalının, şuşanın və digər rayonların işğalının ildönümünü görünür hələ çox qeyd edəcək, qəzetlərdə, saytlarda, "Şəhidlər xiyabanı"nda hələ çox ağlayacağıq.


83 بازدید
در حال ارسال اطلاعات...