Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

Qəlbdə həqiqətə şübhə doğuran kimdir?

Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə...
Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır». («Nas» surəsi, ayə 5.) Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər». («Həcc» surəsi, ayə 52.)
Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur.
İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu).


77 بازدید
در حال ارسال اطلاعات...