Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

XALQA QARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR

Kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur
Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir.

Sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil.

Həzrət imam Əli (ə) buyurur:

وَلاَ تَنْصِبَنَّ نَفْسَكَ لِحَرْبِ اللهِ، فَإِنَّهْ لاَيَدَيْ لَكَ بِنِقْمَتِهِ، وَلاَ غِنَى بِكَ عَنْ عَفْوِهِ وَرَحْمَتِهِ. وَلاَ تَنْدَمَنَّ عَلَى عَفْو، وَلاَ تَبْجَحَنَّ بِعُقُوبَة، وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَة وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً

“Xalqla amansız davranıb, Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur, onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma, heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma), olsun ki, çıxış yolu tapasan.”


3559 بازدید
در حال ارسال اطلاعات...