Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2018

Azərbaycanın "Paşinyanı" kim olacaq?

Telekanalizasiyalarda hər gün xalq təhqir edilir. İnsanlar başlarına çarə tapa bilməyib çıxış yolunu özlərini yandırmaqda, öldürməkdə görürlər
Uzunmüddətli diktaturanın hökmranlıq etdiyi ölkələrdə artıq xalq kütlələri ayaqlanmağa başlayıb. Xalqlar uzun müddət zülm, istibdad altında inləməkdən cana doyub. Bu insanlar təbii haqlarını arayaraq küçələrə tökülür və mövcud rejimlərin əleyhinə etirazlar edirlər. Ukraynada Saakaşvilinin keçirdiyi etiraz aksiyaları daha sonra Ermənistana sirayət elədi. Ermənistanda keçmişi jurnalist, ondan sonra deputat olan Nikol Paşinyan xalqı ayaqlandırmağı bacardı. Bu inqilablar bir ölkədən digər ölkəyə sirayət etməli, xalqlar bu inqilablardan nəticə çıxarmalıdır. Əlbəttə, növbə gec-tez Azərbaycana da çatacaq. Bunu Azərbaycanda uşaqdan tutmuş, hakimiyyət nümayəndəsinə qədər hamı çox gözəl bilir. Sadəcə Ermənistandan sonra Azərbaycanda qiyamların başlaması bir qədər xalqda ikrah hissi yarada bilər. Çünki düşmən ölkədə, cinayətkar rejimi devirən Paşinyan da öz işğalçı mahiyyətini ortaya qoydu. Kimsə bu vəziyyətdə "Paşinyan", başqa sözlə desək erməni olmaq istəməz. Amma burada "Azərbaycanın "Paşinyanı" kim olacaq" sualını verərkən Paşinyanı rəmzi mənada qeyd etdik. "Paşinyanı" götür, yerinə "inqilabçısı" kəlməsini qoy. Çünki Paşinyan təzə-təzə xalq kütlələrinin liderinə çevriləndə deyirdilər Ermənistanın Saakaşvilisi kim olacaq? Saakaşvili Gürcüstandakı "Məxməri inqilabdan" sonra Ukraynada hökümət, prezident əleyhinə qiyam qaldıranda deyirdilər ki, Saakaşvili öz zəmanəsinin Çe Geavarasıdır. Beləliklə də inqilabçılar bir-bir adlarını tarixin parlaq səhifələrinə yazdırır.
Tez-tez deyirlər Azərbaycanda xalq nə vaxt bezəcək, nə vaxt "yatmış şir" ləqəbini alan Azərbaycan xalqı oyanacaq? Bu suallar təkcə Azərbaycan vətəndaşını deyil, məncə başqa xalqları da düşündürən məsələdir. Ola bilsin nüfuzlu qəzet-jurnallarda, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında Azərbaycan demokratiya və insan haqları mövzusunda Ermənistandan aşağı yerləri tutduğu kimi Azərbaycan xalqının da qismətinə erməni xalqından sonra qiyam etmək yazılıb. Amma bu labüddür, qaçılmazdır.
Azərbaycan xalqı isə heç də zillət önündə susub oturan xalq deyil. Bu xalq 70 il dünyada hökmranlıq edən, dünyanın birinci dərəcəli superdövləti hesab edilən sovet imperiyasına qarşı ilk dəfə ayaqlanan postsovet ölkəsinin vətəndaşlarıdır. Hələ o zamanlar sovet imperiyasının dağılmasını digər asılı xalqlar xəyal etdiyi bir zamanda Azərbaycan xalqı imperializmə ilk dərsini verdi. Bu gün 20 Yanvar faciəsini, Qarabağın işğalı faciəsini Azərbaycan xalqı yaşayıbsa bu, o zamankı rus qoşunları, SSRİ-nın qalıqları tərəfindən edilib. Onlar Azərbaycandakı qiyamları yatırtmaq məqsədilə ərazilərimizə soxulub vətəndaşlarımızı qırıblar. Əlbəttə o zamanlarda da insanlar 70 ilin imperiyasının dağılmasını yuxularında belə görmürdülər. Hərçənd indiki nəsil bilməsə də biz yaxşı bilirik ki, o zamankı Azərbaycan (Azərbaycan SSR) hazırkı müstəqil Azərbaycandan qat-qat yaxşı vəziyyətdə idi. Əlbəttə müstəqillik nemətdir. Allah insanı azad yaradıb və insan ancaq Allahın qulu olmalıdır. Amma bu günkü müstəqil Azərbaycanın 80 faizi də rüşvətxor, yaramaz, səviyyəsiz, quldur, oğru rejim tərəfindən işğal olunub, bir xalqın mənəviyyatını qəsdən məhv etməyə çalışırlar. Şəhadət məktəbi, şəhidlərimiz bizə unudulub, Qarabağın işağlı günləri toy-bayramla qeyd edilir. Üstəlik vətəndaş öz vətənində özünü qərib, yad hiss edir. Pulsuz iş keçmir. Telekanalizasiyalarda hər gün xalq təhqir edilir. İnsanlar başlarına çarə tapa bilməyib çıxış yolunu özlərini yandırmaqda, öldürməkdə görürlər. Haqqı deyənlər min cür şərlənərək həbs edilir, işgəncələrə məruz qalır. Hakimiyyət əleyhinə danışmayan hansısa xuliqan, oğru, cibgir, irz düşməni ağır cəzalar almaq əvəzinə 4-5 illə canını qurtardığı halda rüşvətxorluğu məhkum edən, namaz qılan, dərs oxuyan tələbə insanlar, ruhanilər, jurnalistlər incidilir. Bəziləri heç hakimiyyət əleyhinə danışmasa da hansısa müxalif əqidəli qohumundan ötrü əziyyətə düçar edilir. Sovet vaxtı ruslar tərəfindən Azərbaycan xalqının başına gətirilməyən müsibətlər bu gün öz azərbaycanlı məmurlarımız tərəfindən bizə edilməkdədir. Hətta hazırda erməni əsirliyində olan Şahbazın haqqında işgəncə xəbərlərini almadığımız halda Azərbaycan zindanlarında çürüdülən Abbasın (Abbas Hüseyn) çarmıxa çəkilməsi xəbərini eşidirik. Xalq bütövlükdə bu vəziyyətə susmamalı, öz harayını dünyaya duyurmalıdır.
Çünki bunun əksi heç mümkün də deyil. 70 il dünyaya ağalıq edən sovet imperiyası belə çox davam edə bilmədi. Səbəbi isə çox sadədir: diktatorlar çox davam gətirə bilmir.


127 بازدید
در حال ارسال اطلاعات...