Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2018

Allah dərgahına yol tapmaq

Rəhmani nemətlərdən biri Cənnət əhlinin haqq məclisində və Allahın hüzurunda olmasıdır
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ


"Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (Qamər, 54-55).

İzah: Allah Cənnət əhlinə növbənöv maddi nemətlər bəxş etmişdir. Amma Onun mənəvi lütflərinin dəyəri daha çoxdur. Bu rəhmani nemətlərdən biri Cənnət əhlinin haqq məclisində və Allahın hüzurunda olmasıdır. Elə bir yer ki, başdan-başa haqq və doğruluqdur və batil ona yol tapa bilməz. Bu ifadə pəhrizkarların Allaha nə qədər yaxın olacağını göstərir və məlumdur ki, bu bəndələr üçün ən böyük mükafatdır.

Hədis: İslam peyğəmbəri (s): “(Allah buyurmuşdur: ) Ey Əhməd! Həqiqətən, Cənnətdə bir saray var. ... (Bu saray) xüsusi bəndələrə aiddir. Belə ki, hər gün yetmiş dəfə onlara baxar və onlarla söhbət edərəm. ... Sonra Cənnət əhli yemək və içkidən həzz alarlar. Onlar məni xatırlamaqdan və mənim sözümdən zövq alarlar” (İrşadul-qülub, səh. 300).


334 بازدید
در حال ارسال اطلاعات...