Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

Dünya sərmayələrinin işə yaramayacağı gün

Kaş bütün dünyanı verəydik, əvəzində Allah bizi ağır Axirət əzabından xilas edəydi
إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ


"Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün üzücü bir əzab hazırlanmışdır." (Maidə, 36).

İzah: Bu ayənin gözəl bəyanı göstərir ki, dünyada çox böyük hərisliklə öz sərmayələrini artırmağa çalışan, onu canlarından da çox sevən kafirlər Qiyamətdə: “Kaş bütün dünyanı verəydik, əvəzində Allah bizi ağır Axirət əzabından xilas edəydi”, – deyə arzu edəcəklər. Bu bəyan hər bir qafil insanı oyadır ki, dünya malı ilə könlünü xoş tutmasın və özü üçün daha qalıcı azuqə tədarükü haqqında düşünsün.

Hədis: İmam Səccad (ə): “Qiyamət günü elə bir gündür ki, heç bir günah və sapmadan keçilməyəcək, heç bir fidyə və qarşılıq alınmayacaq. O gün üzrxahlıq və tövbə qəbul olunmayacaq. Yeganə mükafat yaxşı əməllər, yeganə cəza isə günahlar olacaqdır.” (Kafi, c. 8, səh. 72, hədis: 29).


288 بازدید
در حال ارسال اطلاعات...