Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2018

Çadra altından yoxsa Adnan Oktarın "qızları" kimi açıq-aşkar

Məsələn sənin dağ başına qoyduğu türkün qızını Adnan Oktar kimi bir başqa türk efirə çıxardıb oynadır
Məlum olduğu kimi Türkiyədə Adnan Oktar və başqa adıyla Harun Yəhya kimi tanınan psixopat, nə keçmişi, nə bu günü heç kimə məlum olmayan, böyük ehtimalla sabah hansısa "çöplükdə" (zibillikdə) cəsədi tapılacaq namus düşməni bir müddət əvvəl həbs edilib. Əlbəttə öncə onu deyək ki, bu insan əvvəllər dini kitablar yazdığını iddia etsə də əslində din alimi olmadığı, yazdığı kitabların özünə aid olmadığı aşkarlandı. Güya adam Karl Marksın "insan meymundan əmələ gəlib" nəzəriyyəsini puç eləmişdi. Təbii ki, bu bir nəzəriyyə idi və zatən puç olmuşdu da. Təkamül haqda "yazan" (başqalarına yazdıran) bu zahiri adam, daxili heyvan (heyvana da təhqir olur) canlı yayında ondan Qurandan xilqət barədə bir ayə istənilərkən cavab verə bilməmişdi.

Özünün də keçmişdə dəli, psix olması məlum idi. Adamın həyatını araşdırsaq neçə xəstəxanadan dəlilik kağızının olduğunu görərik. Son zamanlarda özünə şəbəkə qurmuş, gənc oğlanlarla qızları ətrafına toplayaraq öz kanalında axmaq-axmaq verilişlər aparırdı. Qızların bu verilişlərdə nə hoqqalardan çıxdıqlarını bilirsiniz. Efirdə belə namussuzluq edənlər gör həyatda nə oyunlardan çıxarlar.

Adnan Oktar bundan əvvəl sionist rəsmiləriylə mətbuat konfransı keçirib deyirdi ki, İsraillə savaşan qarşısında bizi görür, biz ermənilərlə dostuq və s. və i.a. Bir zamanlar isə İmam Məhdi (ə.f) olduğunu da iddia etməsi məlumdur.

Bura qədər şərəfsizin haqqında qısa məlumat idi. Bir sözlə fəaliyyətlərini yazası olsaq ancaq şərəfsiz olduğunu deyə bilərik. Əlbəttə sair cinayətləri də bilinəcək. Allah qarşısında cavab verəcəyini unudan məxluq bu dünyada məhkəmə qarşısında cavab verməli olacaq. Cinsi istismar, yoldan çıxartma, namussuzluq etmək, kiçik uşaqlara təcavüz, terrorçuluq, şəbəkə qurmaq və başqa işlərdə ittiham edilir. Allah bəlalarını versin.

Bütün bu yazılanlardan sonra demək istədiyim bir məsələ var. Deməli, bir neçə gün bundan öncə bir pantürklə danışırdım. Qatı milliyyətçi idi. Başqa sözlə desək xəstə idi. Adam türkləri elə tərifləyir ki, başqa millətdən yaxşı insanların olduğunu həzm edə bilmir. Deyir yoxlasan onlar da türkdür. Türk kimi tanınan pis adamlar haqqında isə deyir ki, onlar türk deyil, ermənidir. Əlbəttə bu cür qatı pantürklər çoxdur. Fərqli-fərqli fikirlər ortaya qoyurlar. Məqsədləri isə birdir: türkü hamıdan üstün bilmək.

Söhbət əsnasında dedi ki, sizin İranda (siz deyərkən məqsədi qatı millətçiliyi qəbul etməyən və güya farspərəst-iranpərəst olan dindarlardır) qadınlar çadra altından min cür hoqqadan çıxır. Dedim axı birincisi cəm halda danışma. İkincisi bu şablon fikirlərdir, illərdir deyilir. Sən görmüsənmi? Varsa da ki, bir millətin hamısı yaxşı ola bilməz ki. Sonra dedim bax məsələn sənin dağ başına qoyduğu türkün qızını Adnan Oktar kimi bir başqa türk efirə çıxardıb oynadır. O qızlar da türkdür, Adnan da. Dedi nə bilirsən, bəlkə başqa millətdəndir, məgər hər türkcə danışan türkdür? Həmin sualı məndə iranlıları nəzərdə tutub verim: hardan bilirsən, bəlkə çadra altında min hoqqadan çıxanlar dindar, iranlı-fars deyil, bəlkə elə türkdür.

Əlbəttə bu adam düzələn zad deyil. Onu boşladım. Amma demək istədiyim budur ki, biz bəzən görmədiyimiz halda kiminsə (hətta bütöv bir millətin) haqqında çadra altında, hicab altında min cür hoqqadan çıxdığını deyirik. Heç görməmişik də. Amma açıq-aşkar görürük ki, efirdə türk qızları Adnan Oktarın qabağında göbək rəqsi oynayır. Açıq-aşkar görürük ki, mitinqlərdə qadınlarımızı polis sürüyərək aparır. Bu rüsvayçılığın qarşısında susmamaq lazımdır. Bilirsiniz niyə çadra, hicab altında camaat haqda suyi-zənnə qapılırıq? Çünki bekarıq. Elə bilirik işimiz-gücümüz yoxdur. Əslində isə işimiz-gücümüz var. İşimiz isə odur ki, Adnan kimi namussuzları və türk qadınının adına ləkə olan onun verilişində oynayan namussuzları cəzalandırmaq lazımdır. Bundan ötrü çalışmırıq, gedib küçədə, bazarda, efirdə bağlı geyinən, namuslu, iffətli yaşayan qadınlara iftira atırıq. Heç utanmırıq da.


1896 بازدید
در حال ارسال اطلاعات...