Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2018

Cəmiyyətin əxlaqının islah olunması

"Mən əxlaqi fəzilətlərlə göndərildim"
قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَاكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ


"O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri özüm etmək istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam." (Hud, 88).

İzah: Quran ayələrində peyğəmbərlərin (ə) göndərilmə məqsədi kimi göstərilənlərdən biri də hər dönəmdə geniş yayılmış fəsadlarla əməli mübarizədir. Quranda peyğəmbərlərin (ə) əhvalatlarını oxuyarkən anlayırıq ki, onlar öz dövrlərində geniş yayılmış fəsadlarla qarşılaşmış və onlarla mübarizəyə öz təbliğat proqramlarının başında yer vermişlər. Bunun nümunələrini Nuhun (ə) qövmünün bəsirətsizliyi ilə, Salehin (ə) öz qövmünün dünyapərəstliyi və dəbdəbəsi ilə, Lutun (ə) öz qövmünün əxlaqi pozğunluğu ilə, Şüeybin (ə) öz qövmünün (yuxarıdakı ayədə də işarə olunduğu kimi) iqtisadi pozuntuları ilə, İslam peyğəmbərinin (ə) öz qövmünün cəhalət və xurafata meyilliliyi ilə və s. mübarizə aparmasında görmək olar.

Hədis: Peyğəmbər (s): “Mən əxlaqi fəzilətlərlə göndərildim (Bu fəzilətləri bərpa etmək üçün göndərildim).” (Əmali, Tusi, səh. 596, hədis: 1234).


1726 بازدید
در حال ارسال اطلاعات...